
"Sabah" klubunun U-12 komandası Türkiyədə təşkil olunan “Rize Cup” beynəlxalq turnirində üç oyun keçirib.
Fanat.Az paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda ilk görüşdə “Rizespor”la qarşılaşıb.
Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə nəticələnib. "Sabah"ın heyətində Səhlab Məmmədov fərqlənib. Bakı klubu növbəti qarşılaşmada “Başakşehir”i 1:0 hesabı ilə məğlub edib. Yeganə qolu Arda Fərəmuzov vurub.
"Bayquşlar" üçüncü oyunda “Qaziantep” üzərində 3:1 hesablı qələbə qazanıb. "Sabah"In heyətində Arda het-trik edib.
Beləliklə, "Sabah"ın üç oyundan sonra 6 xalı var.