"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının pley-off mərhələsində komandasının rəqibi olan "Gent"in oyununu canlı görmək üçün Belçikaya yollanacaq.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, ağdamlıların çalışdırıcısı səfərə yanvarın 14-də, köməkçisi Yanuş Vasilyevlə çıxacaq.
Qurbanov və Vasilyev ölkə çempionatı çərçivəsində yanvarın 15-də keçiriləcək "Gent" - "Kortreyk" qarşılaşmasına tribunadan izləyəcəklər.
Nihat