Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan Belçika "Gent"inin nümayəndələri Bakıya səfər planlaşdırır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, belçikalılar Ağdam təmsilçisinin ölkə çempionatının 22-ci turu çərçivəsində "Sabah"a qarşı keçirəcəyi matçı canlı izləyəcəklər.
Bu görüşdən təxminən bir həftə sonra - fevralın 16-da "Qarabağ" "Gent"i qəbul edəcəyini nəzərə alan rəqib komandanın məşqçilər heyəti Azərbaycan təmsilçisinin zəif və güclü cəhətlərini daha dəqiq müəyyənləşdirməyə çalışacaqlar.
Qeyd edək ki, "Gent" - "Qarabağ" qarşılaşması fevralın 23-də baş tutacaq.
Nihat