Fevralın 11-də keçirilən "Qarabağ" - "Sabah" qarşılaşmasına ağdamlıların Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan "Gent"in nümayəndələri də baxıb.
Bölgə klubunun sözçüsü Gündüz Abbaszadənin Fanat.Az-a verdiyi məlumata görə, Belçika klubunun iki əməkdaşı "Azersun Arena"da olub.
Bunlar Belçika klubunun skautları - Manu Ferrera və Etyen De Vispelaerdir.
Qeyd edək ki, "Qarabağ" "Gent"ə qarşı ilk oyununu fevralın 16-da Bakıda, cavab qarşılaşmasını isə 1 həftə sonra rəqib meydanında keçirəcək.
Nihat