Sabah "Qarabağ" Konfrans Liqasının 1/16 final mərhələsinin ilk oyunları çərçivəsində Belçikanın "Gent" komandasını qəbul edəcək.
"Müsavat" partiyasının başqanı Arif Hacılı ilə əlaqə saxlayıb Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçı harada izləməyi planlaşdırdığını, eləcə də təmsilçimizin qələbə qazanacağına inanıb-inanmadığını soruşduq.
Arif bəyin Fanat.Az-a açıqlaması belə oldu:
"Qarabağ"ın istənilən rəqib üzərində qələbə qazanacağına inanıram və komandamıza uğurlar arzulayıram. Ancaq oyuna stadiondan baxmaq imkanım olmayacaq. Matçı televiziya vasitəsi ilə izləməyə çalışacağam".
Nihat