08:00 17.02.2023 599

Belçika klublarının "Tofiq Bəhramov" fiaskosu davam edir - 5-ci dəfə eyni hesab

Bu gün Konfrans Liqasının 1/16 final mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ" Bakıda Belçikanın "Gent" komandasını 1:0 hesabı ilə yenib. 

Fanat.Az-ın məlumatına görə, bu, indiyədək oyunun keçirildiyi məkanda heç-heçə belə, görməyən Belçika təmsilçilərinin Tofiq Bəhramov adına Respublika stadionunda 0:1 hesablı məğlubiyyətlər seriyası davam edib.

Sözügedən ölkənin təmsilçiləri avrokuboklarda ümumilikdə 6 dəfə Azərbaycan komandalarıyla səfər matçına çıxıb. Bunlardan 5-i "Tofiq Bəhramov"da reallaşıb və bütün qarşılaşmalarda meydan sahibləri tək qola sevinib.

Digər oyun isə "Bakcell Arena"da keçirilib. 2016/2017 mövsümündə Avropa Liqasında "Anderlext"lə  eyni qrupda yer alan "Qəbələ" qonaq qismində olduğu kimi, Bakıda da 1:3 hesablı yenilgiyə üzülüb.

Belçika klublarının "Tofiq Bəhramov" sindromuna gəlincə, bu stadiondakı ilk mübarizə 2005/2006 mövsümündə Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinə təsadüf edib. Rəqib meydanında 5 cavabsız qol buraxan "Neftçi" Tofiq Bəhramov adına Respublika stadionunda minimal hesabla qələbə qazanıb - 1:0. Ağasəlim Mircavadovun çalışdırdığı bakılıların yeganə qolunu penaltidən, o vaxt komandaya yeni transfer edilən moldovalı legioner Vadim Borets vurub.

"Xalq komandası" 2008/2009 mövsümündə İntertoto Kubokunda "Jerminal"ı (indiki "Beersxot") iki oyunun nəticəsinə görə mübarizədən kənarlaşdırıb. Səfərdə 1:1 hesablı heç-heçə edən paytaxt təmsilçisi evdə azarkeşlərini sevindirib - 1:0. "Ağ-qaralar" Elnur Allahverdiyevin qolu sayəsində növbəti mərhələyə adlayıb.

"Qarabağ" isə ilk dəfə 2011/2012 mövsümündə Belçika klubu ilə qarşılaşıb. Ağdamlılar Avropa Liqasının 3-cü təsnifat mərhələsində səfərdə "Brügge"yə 1:4 hesabı ilə yenilib. Cavab matçında qazanılan 1:0 hesablı zəfər isə müəyyən təsəlli statusu daşıyıb. Həmin görüşdə "köhlən atlar"ın qoluna Bəxtiyar Soltanov imza atıb.

Qurban Qurbanovun komandası 2015/2016 mövsümündə AL-in qrupunda "Anderlext"lə qarşılaşıb. "Tofiq Bəhramov"da Riçard Almeydanın qolu ilə 1:0 hesablı qələbə qazanan bölgə təmsilçisi Belçikada uduzub - 1:2.

Nihat

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

04 İyul 2025
00:19

"Liverpul" Jotanın xatirəsini əbədiləşdirdi

03 İyul 2025
23:39

Günay bir ildə ikinci dəfə Avropa çempionu oldu

23:18

Çempion Niderland millisinin hücumçusunu alır - Transfer yekunlaşmaq üzrədir

22:49

"İmişli" hazırlığa nə vaxt başlayır?

22:11

Rusiyalı məşqçi faciəvi şəkildə öldü

21:52

Holandın etdiyini nə Messi bacarıb, nə də Ronaldu

21:23

"Sabah" Avstriyada yenə qollu heç-heçəyə razılaşdı

20:45

Almaniyanın U-20 millisinin üzvü "Leypsiq"də - RƏSMİ

20:12

Rusiyalı futbolçu 4 illik diskvalifikasiya edildi

19:50

Cikiya Super Liqa klubu ilə müqavilə bağlasa da...

19:23

"Liverpul" fanatları Jotanın və qardaşının xatirəsini belə yad etdilər - FOTO

18:49

"Favorit "Sele"dir, çünki "Sabah"..." - Aslan Kərimov problemləri sadaladı

18:20

"MLS mənim oyun tərzimə uyğun deyildi" - Jiru

17:58

Bu gün "Sabah" ikinci sınaq matçına çıxacaq

17:56

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:23

"Araz-Naxçıvan"ın ÇL-dəki rəqibləri bəlli oldu

17:05

Azərbaycanın iki idmançısı dopinqə görə cəzalandı

16:47

"Sabahı çox çətin mübarizə gözləyir" - Xaqani Məmmədov

16:29

"O pula Neymarı almaq olmaz, amma çoxlu ağac əkmək olar" - Müllerdən etiraz

16:17

Azərbaycan telekanalı "Traktor"un ÇL oyunlarını yayımlayacaq

16:10

“UEFA Hakimlər Komitəsinin üzvlərini yaxşı tərəfdən təəccübləndirdik”

15:53

İspaniya nəhəngi dünya çempionunun klubuna rəsmi təklif göndərəcək - MƏBLƏĞ

15:35

"Bu, özümü yenidən göstərmək üçün şansdır" - Quliyev Premyer Liqanı arzulayır

15:14

"Qəbələ" Futbol Akademiyasının fəaliyyəti dayandırıldı

14:57

Ronaldu Jotanın ölümü ilə bağlı paylaşım etdi

14:39

Kamal Quliyevin köməkçiləri bilindi

14:21

"Kəpəz" rəqiblərindən ikisini açıqladı

14:04

"Sumqayıt" qalanları saxlayacaq

13:46

"Mançester Siti" yeni qapıçı transfer etməyə yaxındır - MƏBLƏĞ

13:28

Klublarımızın avrokubok oyunlarını hansı kanallar yayımlayacaq? - AÇIQLAMA

13:05

"Liverpul"un vingeri bədbəxt hadisə nəticəsində həyatını itirdi

12:44

"Mingəçevir"in yarımmüdafiəçisi bu kluba keçdi

12:26

"Rəqib nə qədər güclü olsa da..." - "Zirə"nin kapitanı "Hayduk"la oyundan nə gözləyir?

12:08

AFFA rəsmisi ÇL-ə təyinat aldı

11:50

KONKAKAF: Finalçılar bəlli oldu

11:32

Azərbaycan millisi EEVZA-da 5-ci oldu

11:15

Azərbaycan ilə Özbəkistan DÇ-yə birgə ev sahibliyi üçün FIFA-ya müraciət edəcək

10:57

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:39

Flik 2 futbolçunun "Barselona"dan göndərilməsinə qadağa qoydu - ADLAR

10:20

"Qalatasaray" isveçrəlinin transferi üçün Osimhenlə İkardinin menecerini işə qoşdu

Facebookdan bizi izləməyi unutmayın.
X