23:51 10.08.2023 420

“Cavab oyununda yalnız qələbəni düşünəcəyik” - Adrian Mutu

“Neftçi”nin baş məşqçisi Adrian Mutu Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin “Beşiktaş”la qarşılaşmasından sonra (1:3) mətbuat konfransında iştirak edib.

Fanat.Az xəbər verir ki, o, qarşılaşma ilə bağlı bunları deyib:

“Çətin oyun oldu. Güclü rəqibə qarşı oynayırdıq. Sona qədər görüşdən qopmaq istəmirdik. Birinci hissə onlar daha yaxşı çıxış etdilər. Fasilədən sonra biz daha yaxşı idik. Çoxlu qol epizodları yaratdıq. Bir az bəxtimiz gətirsəydi, 2-ci qolu da vura bilərdik. Buraxdığımız 3-cü qol isə rəqibə hədiyyə oldu. Həmin qol Koffinin səhvindən sonra oldu.

Start heyətdə yanıldığımı deməzdim. Olanare komandaya yeni qoşulub, Koffi zədədən yeni qayıdıb. Çox təəssüf ki, Eddi İsrafilov və Ömər Buludov zədəli idi. Əlimizdə olan futbolçulardan istifadə etməyə çalışdım. Belə rəqiblərə qarşı matçlarda çox qaçmalı olursan ki, oyundan qopmayasan. Məqsədim yeni gələnləri oynatmaq, fiziki durumlarını artırmaq idi. Ən yaxşı məşqi elə oyun zamanı etmək olur. Qorxurdum ki, bəzi futbolçular çox oynayaraq zədə ala bilərlər.

Səfər oyununa bir həftə var, indidən nəsə demək çətindir. Yeni komanda qururuq. Çalışırıq ki, transfer etdiyimiz futbolçuların fiziki durumunu inkişaf etdirək. Növbəti oyunlardakı seçimlərdə diqqətli olmalıyıq. 3 gündən bir oynamaq asan deyil. Futbolçunun fiziki durumu 100 faiz olmasa, zədələr qaçılmaz olur. İstanbuldakı oyunda yalnız qələbəni düşünəcəyik.

Birinci hissə olduqca emosiya dolu keçdi. Rəqibin azarkeşlərinin yox, öz fanatlarımızın səslərini eşidirdim. Fasilədən sonra futbolçularımın oyunundan çox xoşum gəldi. Onlar təslim olmurdular.

Əlbəttə, rəqib bütün hücumları sol cinahdan qururduq. İkinci hissə Kenni Sayef daha yaxşı çıxış etdi. Məcburən Emin Mahmudovu daha arxaya çəkməli olduq. Fərid Yusifli də 1-ci hissə heç də pis oynamadı. Emosiyalar onu bürümüşdü. Olanareni meydançaya buraxmaqla risk etdim. Həmişə qələbə qazanmaq istəyirik. Qarşıdakı oyunları düşünməliyik. Çempionat oyunlarını mütləq nəzərə almalıyıq. Qarşımıza qoyulan məqsədlərin sayı çoxdur.

Üçüncü qol haqda danışmağa dəyməz. Hamı gördü ki, səhvə yol verdik. Oyunçuların səhvsiz çıxış edəcəyini öncədən deyə bilməzdim. Çünki rəqibimiz çox güclü idi. Bəzi məqamları qəbullanmaq lazımdır. Bu gecə buraxdığımız qolları analiz edəcəyəm. Rəqib boşluqları taparaq qollar vururdu”.

Xatırladaq ki, cavab qarşılaşması avqustun 17-də İstanbulda baş tutacaq.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

09:00

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

Facebookdan bizi izləməyi unutmayın.
X