"Olimpiakos"un baş məşqçisi Xose Luis Mendilibar Konfrans Liqasının bu gün keçiriləcək final oyunundan - "Fiorentina" ilə görüşdən öncə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, UEFA-nın rəsmi saytı onun sözlərini belə çatdırıb:
"Biz sakitliyi qorumalıyıq. Hazırlıq qrafikində nəyisə dəyişmək səhv olardı. Bu, finaldır. Həlledici oyuna da buna qədər keçirdiyimiz matçlara yanaşdığımız kimi yanaşmalıyıq. Futbolçuların motivasiyalı olduqlarını, döyüşə atılmaq istədiklərini hiss edirəm. Onlar məşqlərdə səylə çalışır, özlərinə inanırlar. Oyunçuların hamısı finalda meydana çıxmaq istəyirlər".
Qeyd edək ki, final qarşılaşması Afinadakı "OPAP Arena"da reallaşacaq. Oyun Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Nihat