UEFA Konfrans Liqasının qalibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, final görüşündə Yunanıstan “Olimpiakos”u ilə İtaliyanın “Fiorentina” komandas üz-üzə gəlib.
Afinada baş tutan həlledici oyunda 90 dəqiqə ərzində hesab açılmadığı üçün əlavə vaxta ehtiyac duyulub. 116-cı dəqiqədə "bənövșəyilər"in qapısına yol tapan Pirey təmsilçisi kubokun Yunanıstandan getməsinə izn verməyib. Yeganə qolu El Kaabi vurub.
Final qarşılaşmasının videoicmalını təqdim edirik: