"Olimpiakos"un baş məşqçisi Xose Luis Mendilibar ardıcıl iki avrokubok qələbəsindən danışıb.
Fanat.Az xəbər verir ki, "Marca" nəşri ispan mütəxəssisin dediklərini belə çatdırıb:
“Belə uğur əldə etməyim üçün çox vaxt lazım oldu. Bu, ciddi nailiyyətdir. Amma bu uğurumu bir neçə ildən sonra xatırlayacağam, indi yox. Yəqin ki, bu barədə düşünəndə başımı tutacağam və bu gün yaşadığım hissləri xatırlamağa çalışacağam”.
Xatırladaq ki, "Olimpiakos" Konfrans Liqasının finalında "Fiorentina"nı minimal hesabla (1:0) məğlub edib . Ötən il isə Mendilibarın rəhbərliyi altında "Sevilya" Avropa Liqasının qalibi olub.
Mirağa