"Sumqayıt"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsində rəqibi olan "Fehervar" heyətini yeni yarımmüdafiəçi cəlb edib.
Fanat.Az xəbər verir ki, Macarıstan təmsilçisi "Puşkaş Akademiya"nın üzvü Gerqo Omingeri icarəyə götürüb.
Ominger Macarıstanın U-21 millisinin də formasını geyinir.
Qeyd edək ki, "Sumqayıt" - "Fehervar"la ilk matçını iyulun 25-də baş tutacaq. Tərəflərin cavab görüşü iyulun 31-də reallaşacaq.