UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Sumqayıt"la üz-üzə gələcək Macarıstan "Fehervar"ının oyunöncəsi mətbuat konfransı və açıq məşqi ləğv olunub.
"Gənclik şəhəri" təmsilçisinin sözçüsü Zaur Xudiyevin Fanat.Az-a verdiyi məlumata görə, buna səbəb rəqib komandanın Bakıya uçuşunun gecikməsidir:
"Niyə gecikdiklərini biz də bilmirik. Zəng vurub dedilər ki, oyun öncəsi mətbuat konfransına və açıq məşqə çata bilməyəcəklər".
"Sumqayıt"ın baş məşqçisinin mətbuat konfransı və oyunöncəsi məşqi isə öncədən nəzərdə tutulduğu kimi, bu gün saat 19:30-da və 20:00-da başlayacaq.
Qeyd edək ki, "Sumqayıt" - "Fehervar" görüşü iyulun 25-də, saat 20:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Tərəflərin cavab qarşılaşması isə iyulun 31-də Macarıstanda reallaşacaq.
Nihat