DAK 1904”ün (Slovakiya) baş məşqçisi Xisko Munyos UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən matçda Mərdəkanda "Zirə"dən aldıqları məğlubiyyəti (0:4) şərh edib.
Fanat.Az xəbər verir ki, ispaniyalı mütəxəssis mətbuat konfransında belə danışıb:
"Matçın bu hesabla bitməsi mənim səhvimdir. Yəqin ki, futboçlularıma öz fikirlərimi yaxşı çatdıra bilməmişəm. Azarkeşlərimizdən üzr istəyirəm. Rəqib bu gün çox sürətli və istəkli idi. Mən nikbin insanam. Bu məğlubiyyət bizə nəyisə öyrətdi. Çalışacağıq ki, qarşıdakı matçlarda buraxdığımız səhvləri təkrarlamayaq. Bunun üçün təhlillər aparmaq lazımdır.
Cavab maçtında hər şey ola bilər. Ümidsiz yanaşmamalıyıq. Düşünürəm ki, daha yaxşısını etmək mümkündür".
Qeyd edək ki, tərəflərin cavab görüşü 1 həftə sonra Slovakiyada reallaşacaq.