UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Makkabi"ni (Hayfa, İsrail) 3:0 hesabı ilə yenən "Sabah"ın baş məşqçisi Krunoslav Renduliç qələbəni dəyərləndirib.
Fanat.Az xəbər verir ki, xorvatiyalı mütəxəssis İsraildəki müharibə səbəbindən Macarıstanda keçirilən görüş barədə belə danışıb:
"İlk növbədə yaxşı oynadıqlarına görə oyunçularımı təbrik etməliyəm. Ağır oyun olacağını bilirdik. "Makkabi" əla komandadır. Hələ heç nə həll olunmayıb. Qarşıda cavab mayçı var. Konsentrasiyanı qorumalı, növbəti mərhələyə adlamağa çalışmalıyıq. Hələ də "Makkabi"ni favorit sayıram, amma bunu meydanda sübut etmək lazımdır".