16:05 02.08.2024 7182

Ən çox "qazanc" gətirən "Zirə"dir - "Osiyek"i keçmək mümkündürmü?

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Ötən mövsüm Azərbaycan Kubokunun finalına yüksələn və Misli Premyer Liqasında 2-ci yeri tutaraq 2015/2016 "futbol ili"ndəki nəticəsini təkrarlayan "Zirə" ölkəmizi avrokuboklarda növbəti dəfə təmsil etmək hüququ qazandı. UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində Moldova "Şerif"inə rəqib olan "qartallar"ın bu komandanın öhdəsindən gələ bilməyəcəyini proqnozlaşdıranlar çox idi. Bəli, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv Tiraspol klubunu mübarizədən kənarlaşdırmağı bacarmadı, amma hadisələrin necə cərəyan etdiyini yada salsaq, "Şerif"in idman xoşbəxtliyi sayəsində növbəti mərhələyə adladığı faktdır. Bu yazıda Avropa macərasına davam edən "Zirə"ni incələməyə çalışacağıq.

Kimlər gəldi, kimlər getdi?

"Zirə"nin geridə qalan mövsümlə müqayisədə çox ciddi dəyişikliklər etmədiyi göz önündədir. Sabiq hücumçusu Davit Volkovu yenidən sıralarına cəlb edən klub balansı qorumağa çalışıb.  

Gələnlər: Fuad Bayramov ("Şamaxı"), Aydın Bayramov ("Turan Tovuz"), Elçin Əlicanov ("Kəpəz"), Davit Volkov ("Sabah"), Junior Martins ("Kəpəz"), Ange Mutsinzi ("Jerv", Norveç)
Gedənlər: Vladislav Kulaç, İlkin Muradov ("Şamaxı"), Sezar Meza Kolli, Dimitrios Çantakias, Rəhim Sadıxov ("Sumqayıt")
Müqavilə müddətini artıranlar: Qismət Alıyev, Anar Nəzirov, Rüstəm Əhmədzadə (icarə, "Qarabağ"), İsmayıl İbrahimli (icarə, "Qarabağ")


Üçüncü cəhd 

2014-cü ildən yaradılan "Zirə" tarixi ərzində 3-cü dəfə avrokuboklarda iştirak edir. Qəsəbə təmsilçisi ilk dəfə 2017/2018 mövsümündə UEFA Avropa Liqasında mübarizə aparıb. Həmin vaxt Azərbaycan komandası ilk mərhələdə Luksemburq "Differdanj"ını mübarizədən kənralaşdırsa da (2:1, 2:0), 2-ci raundda Rumıniya "Astra"sına iki oyunun nəticəsinə görə məğlub olub - 0:0, 1:3. 2022/2023 mövsümündə "Sumqayıt"da da oynamış Riçard Qadze isə "Zirə"nin avrokuboklarda ilk qolunun müəllifi kimi tarixə düşüb.

"Qartallar" növbəti dəfə Avropa səhnəsinə 2021/2022 mövsümündə, yerli çempionatda 3-cü yeri tutaraq çıxıblar. UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsindən mübarizəyə qoşulan zirəlilərin yolunu İsrailin ən tanınmış klubu - Təl-Əviv "Makkabi"si kəsib. Evdəki qarşılaşmada 0-3 hesabı ilə yenilən təmsilçimiz İsraildən qolsuz bərabərliklə dönüb.

Toparlana bilmək şərtdir

"Şerif"i səfərdə ehtiyatlı futbol sərgiləyərək 1:0 hesabı ilə üstələyən təmsilçimizin "Dalğa Arena"dakı cavab qarşılaşmasında uduzması (1:2, penaltilərlə - 4:5) çox üzücü reallıq olsa da, Sadıqovun komandanı toparlaması və növbəti qarşılaşmaya hazırlaya bilməsi sıradan fakt deyil. Şübhəsiz, Mərdəkandakı görüşün 5-ci dəqiqəsində Rafael Utziq ilə hesabı açan "qartallar" azlıqda qalmasaydılar, Moldova komandası sonradan 2 qol vuraraq geridönüş edə bilməyəcəkdi. Razılaşaq ki, Salifu Suma matçın 40-cı dəqiqəsində qırmızı vərəqə alana qədər meydan sahibləri belə desək, qonaqların əl-qol açmasına imkan vermirdilər. Əlbəttə, futbolda tərəflərdən birinin say azlığında qalması digəri üçün böyük üstünlükdür. Nəzərə alsaq ki, "Zirə"nin büdcəsi heyətini yüksək səviyyəli legionerlərlə zənginləşdirməsinə imkan vermir və təmsilçimiz bu göstəricidə "Şerif"dən geri qalır, deməli, sonluq yetərincə məntiqəuyğundur. Bəli, belə hallarda azlıqda qalan tərəf bəzən futbolçularının yüksək fərdi keyfiyyəti və təcrübəsi hesabına vəziyyəti sığortalaya bilir. Ancaq yuxarıda qeyd etdiyimiz kimi, Sadıqovun çalışdırdığı kollektiv milyonluq oyunçulardan qurulmayıb və 40-cı dəqiqədən 10 nəfərlə mübarizə aparmaq həm taktiki, həm də fiziki planda ciddi problemlərlə üz-üzə qalmaq anlamındadır. Penalti seriyası isə daha çox bəxtə və idman xoşbəxtliyinə bağlı məsələdir... 

Hərçənd belə dramatik məğlubiyyətin ardından Rəşad bəyin futbolçuları psixoloji gərginlikdən çıxarması, komandanın acı yenilgini unudaraq növbəti rəqiblə oyunlara kökləməyə nail olması yetərincə diqqətçəkən məqamdı. "Zirə" Konfrans Liqasının 2-ci təsnifat mərhələsində evdə 4:0 hesabı ilə darmadağın etdiyi "DAK 1904" komandasını Slovakiyada da məğlubiyyətə uğradaraq (1:2) cəsarət nümayiş etdirdi. Nəticə öz yerində, "qartallar"ın bu rəqiblə görüşlərdə ortaya qoyduğu intizamlı oyun qabardılmalıdır.

Növbəti rəqib isə daha güclüdür. Xorvatiyanın "Osiyek" klubu ilə duellərin olduqca çətin alınacağı şübhə doğurmur.

Ən çox "qazanc" gətirən komanda

Dünən keçirilən avrokubok oyunlarından sonra Azərbaycan UEFA -nın Əmsallar Cədvəlində iki pillə irəliləyib. Buna məhz "Zirə"nin Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçında "DAK 1904" üzərində qazandığı qələbə şərait yaradıb. 23-cü sıraya yüksələn ölkəmizin hesabında 18,375 əmsal var. Bunun 1,625-i cari mövsümə aiddir. "Qartallar"ın məhz Slovakiya təmsilçisini mübarizədən kənarlaşdırması reytinqdə 24-cü sırada olan bu ölkəni, həmçinin, Rusiyanı geridə qoymağımızla nəticələnib. Ümumilikdə bu mövsüm qazanılan 1,625 xalın 0,750-si "Zirə"nin, 0,500-ü "Qarabağ"ın, 0,250-si "Sabah"ın və 0,125-i "Sumqayıt"ın payına düşür. Hazırda 24-cü pillədəki Rusiyanın 18,299, 22-ci yerdə qərarlaşan Macarıstanın isə 19,500 xalı var. 

"Osiyek"lə oyunda şanlar 50-nin 50-yədir"

Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimovun "Zirə"nin performansı barədə fikirlərini öyrənməyi də vacib saydıq. Aslan bəy Fanat.Az-a açıqlamasında həm "DAK 1904"lə ikinci qarşılaşma, həm də "Osiyek"lə qarşıdakı duellər haqda düşündüklərini bölüşdü:

"Slovakiya komandası birinci matçda 0:4 hesabı ilə uduzsa da, necə təşkilatlanmış kollektiv olduğunu göstərdi. Onlar ilk 15-20 dəqiqədə cinah hücumları və hava ötürmələri ilə təslim olmaq istəmədiklərini isbatlayırdılar. Amma "Zirə" evdəki böyük hesablı qələbədən sonra cavab qarşılaşmasına yaxşı hazırlaşmışdı. Hiss olunurdu ki, məşqçilər korpusu komandanı lazımınca yönləndirmək işinin öhdəsindən gəlib. Belə matçlarda ilk qolu vurmaq da önəmli məqamdır. "Zirə" hesabı açmaqla daha çox özünəinam qazandı və ardından öz təmkinli futbolunu sərgilədi. Hə, Slovakiya komandası da öz qolunu vurandan sonra həmlələrinin kəsərini artırmağa başladı. İtiriləcək bir şeyi qalmayan rəqibin riskli hücumlarının qarşısını almaq və bir ötürmə ilə onların qırmızı vərəqə görməsinə, qapılarına penalti təyin edilməsinə nail olmaq xoş mənzərə idi. 

"Osiyek" Xorvatiya təmsilçisidir. Bu ölkənin futboldakı "çəkisi" hər kəsə bəllidir. "Osiyek"i çox yaxşı tanımasam da, bu mövsüm Azərbaycan komandalarının avrokubokların növbəti mərhələlərdə üz-üzə gələcəkləri rəqiblər arasında ən güclüsü sayıram. Doğrudu, xorvat oyunçuların ən yaxşıları daha güclü çempionatlarda çıxış edirlər. Lakin Zaqreb "Dinamo"su, "Osiyek", "Hayduk" kimi komandalarda həm gənc xorvatlar özlərini ən yaxşı tərəfdən göstərməyə çalışırlar, həm də böyük klubların diqqətini çəkməyə çalışan legionerlər meydanda bacardıqlarından da artığını ortaya qoymaq üçün dəridən-qabıqdan çıxırlar. Maraqlı oyunlar izləyəcəyik. Taktiki baxımdan Xorvatiya komandasına uduzmayacaqlarına inanıram. "Zirə" bu yöndə çox xoş sözlərə layiq kollektivdir, məşqçi işi sezilir. Təbii ki, təmsilçimizin heyətindəki futbolçuların avrokubok təcrübəsinin az olduğunu da qeyd etməliyik. Məsələn, qapıçı Tiaqo Silva bəzi epizodlarda yerli çempionatdakı qədər inamlı görünmür. Oyundan-oyuna belə çatışmazlıqların da aradan qalxmaq ehtimalı yüksəkdir. Hər şeyə rəğmən, "Osiyek"lə oyunda şanslar 50-nin 50-yədir".  

Nihat Ağasoy

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X