"Zirə"nin UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi III təsnifat mərhələsində Xorvatiya təmsilçisi "Osiyek"i mübarizədən kənarlaşdıra bilsə, “Omoniya” (Kipr) – “Fehervar” (Macarıstan) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, pley-offun oyunları avqustun 22-də və 29-da olacaq.