"Osiyek"in (Xorvatiya) baş məşqçisi Federiko Koppitelli UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Zirə" ilə evdə keçirəcəkləri oyundan öncə Xorvatiya mətbuatına açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, 39 yaşlı çalışdırıcı belə danışıb:
"Zirə" Avropa Liqasında mübarizə aparan komandalar səviyyəsindədir. Moldova "Şerif"inə penalti seriyasında uduzdular. "Zirə" təhlükəli rəqibdir. Oyuna yüksək səviyyədə hazırlaşmışıq. Məqsədimiz pley-offa yüksəlməkdir".
Qeyd edək ki, avqustun 8-də keçiriləcək "Osiyek" - "Zirə" matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab qarşılaşması bir həftə sonra Bakıda baş tutacaq.