"Omoniya"nın baş məşqçisi Valdas Dambrauskas Kiprdə "Zirə"yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan öncə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, mətbuat konfransında belə danışıb:
"Zirə" səviyyəli rəqibdir. Oyun ərzində diqqətli olmalıyıq. Müsbət nəticə qazanacağımıza inanıram. Azarkeşlərimiz kimi, biz də oyunu səbirsizliklə gözləyirik. Tərəfdarlarımızı sevindirəcəyimizə ümid edirik. "Zirə"nin müxtəlif güclü tərəfləri var. Müdafiədə yetərincə xoş təsir bağışlayırlar".
Qeyd edək ki, avqustun 22-də GPS stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Cavab görüşü bundan bir həftə sonra olacaq.