"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Kiprin "Omoniya" komandasına qarşı keçirəcəkləri oyundan - UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab matçından öncə təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, 42 yaşlı mütəxəssis belə danışıb:
"İlk oyunda böyük hesabla uduzduq. Ikinci oyuna fərqli ab-havada bu hazırlaşmaq istəyərdik. Nəticənin pozitiv olması üçün əlimizdən gələni edəcəyik. Qələbə bizim üçün vacibdir. Komandamdan əzmkar, baxımlı futbol gözləyirəm.
Futbolda hər şey gözlədiyimiz kimi olmur. Kiprdə ən uğursuz matçımızı oynadıq. Buraxdığımız qollara baxanda həyəcan, məyusluq və sair görünürdü. İstər-istəməz məyusluq var. Sabahkı oyuna köklənəcəyik. İlk görüşdəki nəticəni unutdurmağa çalışacağıq".
Qeyd edək ki, avqustun 29-da "Dalğa Arena"da baş tutacaq saat 20:00-da start götürəcək. Kiprdəki qarşılaşma "Omoniya" 6 cavabsız qolla qalib gəlib.