"Zirə"nin yarımmüdafiəçisi İsmayıl İbrahimli komandasının hazırlığını dəyərləndirib və UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Hayduk"la mübarizədən nə gözlədiyini açıqlayıb.
Bu yay "Qarabağ"dan ayrılaraq daha öncə icarə əsasında formasını geyindiyi qəsəbə təmsilçisinə qoşulan Azərbaycan millisinin üzvü fikirlərini Fanat.Az-a bölüşüb:
"Hazırlığımı iki həftədir başlayıb. Səylə çalışırıq. Artıq bir yoxlama oyunu da keçirmişik. Əvvəlki formamızı yığmaq istəyirik. Özümu bizi gğzləyən avrokubok mübarizəsinə tam hazir hiss edirəm. Heyətimizdə elə də böyük dəyişikliklər olmayıb. Gedənlər olubsa, yeni transferlər də edilib. Ümid edirəm ki, yenilər komandanın gücünə güc qatacaqlar.
Bizi "Hayduk"la oyunlar gözlədiyinin fərqindəyik. Avrokubok matçları tam fərqli ab-havada keçir. "Hayduk" güclü rəqibdir, amma bizim də ötən mövsüm qitəmiqyaslı turnirlərdə yaxşı oyunlarımız olub. Şanslar bərabərdir".
Nihat