19:53 21.07.2021 781

Sənan Qurbanov: "Həm müdafiədə, həm də hücumda ideal oynamalıyıq"

"Soçi"nin Moskvadakı turnirdə keçirdiyi oyunları izlədik. Komanda müdafiə və hücumda yaxşı oynayır. Meydana əsasən 3 mərkəz müdafiəçisi ilə çıxırlar".

Bu fikirləri "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov Rusiyanın "Soçi" klubuna qarşı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis rəqib barədə məlumatlı olduqlarını bildirib: "Sabah meydana öz oyunumuzu oynamaq üçün çıxacağıq. Əlbəttə, "Soçi" ciddi rəqibdir. Nəticənin necə olacağını zaman göstərəcək".

Qurbanov "Qəbələ"də çalışarkən Rusiya "Krasnodar"ına qarşı Avropa Liqasının qrup mərhələsində keçirdikləri matçları yaxşı xatırladığını söyləyib: "Həmin vaxt Roman Qriqoruçukun məşqçilər korpusunda yer alırdım. Səfərdə 1:2 hesabı ilə uduzsaq da, yaxşı oynamışdıq, qol epizodlarımız var idi. Qalib gələ və ya heç-heçə də edə bilərdik. Evdə isə böyük hesabla uduzmuşduq. Həmin qarşılaşmaların üstündən uzun müddət keçib. Müəyyən təcrübəmiz var. Rusiya çempionatının səviyyəsi yüksəkdir. Amma bizim də öz oyun planımız var".

Baş məşqçi həm müdafiədə, həm də hücumda ideal oynamaq istədiklərini vurğulayıb: "Bunu komanda şəklində etməliyik. Futbolda top buraxırsan, qol vurursan. Yəni, belə hallar çox olur. Hazırda Azərbaycan Premyer Liqasında fasilədir. Avrokuboklar başqa səviyyədir. Burada maksimal konsentrasiya lazımdır. Futbolçulara bu barədə məlumat vermişik".

Onun sözlərinə görə, "Soçi"nin baş məşqçisi Vladimir Fedotov yaxşı komanda qura bilib: "Komandanın sərgilədiyi oyun baş məşqçinin işindən xəbər verir. Yaxşı kollektiv olsa da, "Soçi" də səhv edə bilər. Əlimizə düşən imkanlardan yararlanmağa çalışacağıq".

"Keşlə"nin hər il avrokuboklarda iştirak etdiyini xatırladan Qurbanov bunun yaxşı təcrübə olduğunu deyib: "Amma heyətimizdə bəzi futbolçular var ki, sabah ilk dəfə avrokubok matçına çıxacaqlar. Oyuna yaxşı hazırlaşmışıq. Futbolçular məsuliyyəti dərk edirlər. Təbii ki, sabah meydana hansı oyun üslubu ilə çıxacağımızı deməyəcəyəm. Futbolda hər şey ola bilər. Oyunçularımıza inanıram. Daha da inkişaf etməliyik. Komandada yaxşı futbolçular var. Favorit olmaya bilərik. Amma insanları təəccübləndirmək üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, iyulun 22-də keçiriləcək "Soçi" - "Keşlə" görüşü Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.//(report.az)
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

Facebookdan bizi izləməyi unutmayın.
X