"Qarabağ"ın UEFA Konfrans Liqasının qrup mərhələsində rəqiblərindən olan "Bazel" klubu "Liverpul"un qapıçısına göz dikib.
Fanat.Az İsveç mətbuatına istinadən xəbər verir ki, bu, "Liverpul"un heyətində özünü möhkəmələdə bilməyib iki ildir icarəyə verilən Loris Kariusdur.
Ötən mövsümü "Beşiktaş"da keçirən alman qapıçı bu il vətəninin "Union Berlin" komandasında çıxış edir.
İddiaya görə, onun qış "transfer pəncərəsi" dönəmində "Bazel"ə keçidi mümkündür.
Qeyd edək ki, "Qarabağ" Konfrans Liqasının qrupunda ilk oyununu sentyabrın 16-da Bakıda məhz "Bazel"ə qarşı keçirəcək.
Röya