İsrailin "Makkabi" (Təl-Əviv) və Ukraynanın "Zarya" komandaları arasında keçirilməsi planlaşdırılan UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunun oyunu təxirə salınıb.
Fanat.Az "TaToTake"ə istinadən xəbər verir ki, qarşılaşmanın noyabrın 25-də baş tutacağı gözlənilir.
Matçın yerini Təl-Əviv təmsilçisi müəyyənləşdirəcək.
Qeyd edək ki, "Makkabi" - "Zarya" görüşü oktyabrın 25-də baş tutmalı idi. Lakin oyun son günlər Qəzza zolağında yaşananlar səbəbindən təyin olunan vaxtda keçirilməyəcək.