AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA-dan təyinat alıb.
Fanat.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, o, Türkiyədə "Beşiktaş" və İsveçrənin "Luqano" komandaları arasında keçiriləcək Konfrans Liqasının qrup mərhələsinin II tur oyununda UEFA Matç direktoru (UEFA Venue Director) qismində çalışacaq.
Qeyd edək ki, qarşılaşma oktyabrın 5-də İstanbulda gerçəkləşəcək.