"Qarabağ"ın UEFA Konfrans Liqasının qrup mərhələsində rəqiblərindən olan "Omoniya" klubu yeni sponsorla anlaşıb.
Fanat.Az xəbər verir ki, məlumatı Kipr təmsilçisinin rəsmi saytı yayıb.
Xəbərə görə, klub "Cyfield" şirkəti ilə anlaşmaya imza atıb.
1990-cı ildən fəaliyyət göstərən "Cyfield" Kiprin ən böyük inşaat şirkətlərindən biridir.
Qeyd edək ki, "Qarabağ" Konfrans Liqasının qrupunda "Omoniya" ilə ilk görüşü sentyabrın 30-da səfərdə baş tutacaq.
Röya