İsveçrənin "Bazel" klubu Konfrans Liqasının qrup mərhələsi ərəfəsində xal itkisi ilə üzləşib.
Fanat.Az xəbər verir ki, 6-cı tur çərçivəsində "Luqano" ilə görüşdə xal itirməsi (1:1) "Qarabağ"la görüş ərəfəsində atmosferi korlayıb.
Hər halda, futbolçuların açıqlamalarından ruh düşkünlüyünü sezmək olur.
Hayns Lindner: "Bu gün topla kifayət qədər sürətli keçidlər etmədik. Hücumda dişsiz idik. Təbii ki, belədə "Luqano" kimi müdafiədə yaxşı təşkilatlanmış rəqibə qarşı oynamaq çətin olacaq. Artıq üçüncü oyundu çempionatda, ümumilikdə dörd matçdı qələbə qazanmırıq".
Fabian Fray: "Performans baxımından geridə qaldıq. Rəqibin ikinci hissədə üstünlüyə yiyələnməsinə icazə verdik və bu səbəbdən bərabərlik qolunu buraxdıq. "Luqano"dan qalibiyyətlə ayrıla bilərdik".
Qeyd edək ki, "Bazel" Konfrans Liqasının qrupunda ilk oyununu 3 gün sonra Bakıda məhz "Qarabağ"a qarşı keçirəcək.