"Qarabağ"ın Konfrans Liqasındakı rəqibi "Kayrat"da durum ürəkaçan deyil.
Fanat.Az xəbər verir ki, komandanın nəticələri azarkeşlərin ürəyincə deyil.
Son turda "Şaxtyor Karaqanda" (1:1) ilə görüşdə xal itirən Almatı təmsilçisinin tərəfdarları klubun "İnstagram" səhifəsində baş məşqçini "topa tutublar". Əksəriyyət sabiq baş məşqçi Aleksey Şpilevskinin Berdiyevdən daha yaxşı olduğunu iddia edir.
Rəylərdən bəzilərini təqdim edirik:
- "İndi başa düşdüm ki, Şpilevski qızıldır"
- "Lənət şeytana! Nə olub cənab Berdiyev?"
- "Vəssalam! Çempionluq şansımız yoxdur!"
- "Baş məşqçi hər şeyi korladı"
- "Hazırda heç kim "Kayrat"ı ciddiyə almır"
- "Vaxtında Şpilevskinin qədrini bilmədik, indi də yavaş-yavaş uçuruma gedirik"
- "Baş məşqçi uğursuzdur"
- "Şpilevskiyə zəng edin"
- "Berdiyevin "Kayrat"ı həmişə müdafiyə futbolu oynayacaq. Komandanı lazımi formaya gətirmək üçün illər lazımdır"
- "Berdiyev nə edir? Oyunun bütün dinamikasını öldürür. Komandanın oyununu zibilə çevirir"
- "Təəcüblü deyil ki, komandaya yeni məşqçi gələcək".
Mirağa