UEFA Konfrans Liqasının qrup mərhələsinin IV turunda Qazaxıstanda "Kayrat"ın qonağı olacaq "Qarabağ"ın səfər planı açıqlanıb.
Ağdam klubunun mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, təmsilçimiz sabah saat 15:15-də Bakını tərk edəcək.
Komanda Almatıda "Rixos Hotel"də məskunlaşacaq. Noyabrın 3-də Bakı vaxtı ilə saat 20:15-də baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı, 15 dəqiqə sonra isə açıq məşq təşkil olunacaq.
Qeyd edək ki, "Kayrat" - "Qarabağ" matçı noyabrın 4-də keçiriləcək və Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.