Fransa millisinin sabiq baş məşqçisi Raymon Domenek "Olimpik Marsel"in evdə "Qarabağ"a 3:1 hesabı ilə qalib gəldiyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu barədə danışıb.
Fanat.Az xəbər verir ki, 70 yaşlı mütəxəssis “LEquipe” açıqlamasında görüşü dəyərləndirib:
“Qarabağ” kimi komandaya qarşı fərqli mübarizə gözləyirdik. Rəqib “Olimpik Marsel”i meydanda “süpürdü”. “Qarabağ”ı çətinliyə salmadıq. Bəzən insanı narahat edən qələbələr olur. Bəzi oyunçular gözlənilən kimi çıxış etmədi. İkinci qolda Arkadiuş Milik oyundankənar vəziyyətdə deyildi. Rəqibin də iki hücumunda ofsayd yox idi”.
Qeyd edək ki, Domenek 2004-2010-cu illərdə Fransa yığmasına rəhbərlik edib.
Xatırladaq ki, “Qarabağ”la “Olimpik Marsel” arasındakı cavab oyunu fevralın 24-də Bakıda olacaq.