UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə" və "Makkabi" (Təl-Əviv) arasında baş tutacaq oyunlar üçün hakim təyinatları açıqlanıb.
Fanat.Az xəbər verir ki, "qartallar"ın İsrail təmsilçisi ilə Bakıdakı ilk matçı irlandiyalı hakimlər briqadasına tapşırılıb.
Fit sahibi Robert Hennessiyə yan xətt hakimləri Emmett Dinan və Dermot Brofton köməklik edəcək. Dördüncü hakim isə Oliver Morandır.
"Zirə" - "Makkabi" matçı iyulun 21-də, saat 20:00-da "Dalğa Arena"da keçiriləcək.
Komandalar arasında bir həftə sonrakı cavab görüşündə Xorvatiyadan olan ədalət təmsilçiləri iş başında olacaq. İyulun 28-də İsraildə baş tutacaq qarşılaşmada əsas söz sahibi Mario Zebetsə həmyerliləri Hrvoe Radiç və Luka Puşiç yardım edəcək. Matçın ehtiyat hakimi Fran Yoviç olacaq.
Mirağa