UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan Kipr "Aris"i sınaq matçına çıxıb.
Fanat.Az xəbər verir ki, Limassol təmsilçisi Xorvatiyanın "Slaven Belupo" komandası ilə üz-üzə gəlib.
Görüş Koprivnitsa təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.
İlk yarıda 2 qol vuran "Aris" fasilədən sonra 4 qol buraxaraq uduzub.
Qeyd edək ki, "Neftçi" "Aris"lə iyulun 21-də səfərdə, 28-də Bakıda qarşılaşacaq.
Nihat