Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA-dan təyinat alıb.
Fanat.Az xəbər verir ki, o, "Rapid" (Vyana) və Polşanın "Lexiya" komandaları arasında Avstriyada keçiriləcək UEFA KL-in II təsnifat mərhələsinin ilk oyununda baş hakim olacaq.
Elçin Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov köməklik göstərəcək.
Dördüncü hakim funksiyasını isə Kamal Umudlu yerinə yetirəcək.
Qeyd edək ki, iyulun 21-də keçirələcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.