12:45 29.07.2022 685

"Neftçi"nin rəqibi "Rapid"i yaxından tanıyaq

Ötən gün UEFA Konfrans Liqasınını II mərhələsinin cavab oyununda Kiprin "Aris" kollektivini ümumi hesabda yenərək növbəti mərhələyə vəsiqə qazanan "Neftçi" növbəti raundda Avstriyanın "Rapid" klubu ilə qarşılaşacaq.

Fanat.Az "ağ-qaralar"ın KL-dəki rəqibi barədə bəzi vacib məlumatları təqdim edir:

"Rapid" Avstriyanın paytaxtı Vyananı təmsil edir. Komanda 1898-ci ildə yaradılıb və hazırda ölkənin ən titullu klubudur. Paytaxt təmsilçisi 32 dəfə Avstriya çempionatının 14 dəfə isə ölkə kubokunun qalibi olub. 

Vyanalıların fanatları Avropanın ən çılğın azarkeşlərindən sayılır. Komandanın 126 rəsmi fan-klubu var. Ötən mövsüm "Rapid"in ev oyunlarına orta hesabla 17000 azarkeş gəlib. 

"Rapid" ev oyunlarını 28 345 azarkeş tutumuna malik "Alyans" stadionunda keçirir. 

Komanda ötən mövsüm "6-lıq" sistemi ilə keçirilən Avstriya Bundesliqasında 5-ci yerin sahibi olub. 

Futbol üzrə Avstriya Bundesliqası UEFA-nın sıralamasında hazırda 10-cu pillədədir. Məlumat üçün qeyd edək ki, Azərbaycan Premyer Liqası bu siyahıda 26-cı yerdə qərarlaşıb.

"Neftçi"nin rəqibi UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda öz meydanında Polşanın "Lexiya" klubu ilə 0:0-lıq heç-heçəyə razı olub. Səfərdə isə rəqibini 2:1 hesabı ilə yenərək KL-in növbəti mərhələsinə vəsiqə qazanıb. 

Ötən mövsümə UEFA Avropa Liqasında start verən klub "Vest Hem", "Dinamo Zaqreb" və "Genk"in yer aldığı "H" qrupunda üçüncü yerlə kifayətlənərək Konfrans Liqasına düşüb və Niderlandın "Vitess" klubuna uduzaraq mübarizəni dayandırıb.

Komandanın baş məşqçisi 42 yaşlı Ferdinand Feldhoferdir. Avstriyalı mütəxəssis 2021-ci iıdən "Rapid"i çalışdırır. Feldhoverin bəlli bir taktiki sxemi yoxdur. Müşahidələr göstərir ki, komanda həm ölkə çempionatında həm də KL-də rəqibdən asılı olaraq, meydana müxtəlif düzülüşlə çıxır.

Komandanın ən çox ümid bəslədiyi futbolçular: 

Qvido Burqştaller - hücumçu (Avstriya) 
Marko Qrüll - yarımmüdafiəçi (Avstriya) 
Bernhard Zimmermann - yarımmüdafiəçi (Avstriya) 

Qeyd edək ki, "Neftçi" - "Rapid" oyunu avqustun 4-də, saat 21:00-da "Baksell Arena"da keçiriləcək.

Emin Şəmsiyev

 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

04 İyul 2025
00:19

"Liverpul" Jotanın xatirəsini əbədiləşdirdi

03 İyul 2025
23:39

Günay bir ildə ikinci dəfə Avropa çempionu oldu

23:18

Çempion Niderland millisinin hücumçusunu alır - Transfer yekunlaşmaq üzrədir

22:49

"İmişli" hazırlığa nə vaxt başlayır?

22:11

Rusiyalı məşqçi faciəvi şəkildə öldü

21:52

Holandın etdiyini nə Messi bacarıb, nə də Ronaldu

21:23

"Sabah" Avstriyada yenə qollu heç-heçəyə razılaşdı

20:45

Almaniyanın U-20 millisinin üzvü "Leypsiq"də - RƏSMİ

20:12

Rusiyalı futbolçu 4 illik diskvalifikasiya edildi

19:50

Cikiya Super Liqa klubu ilə müqavilə bağlasa da...

19:23

"Liverpul" fanatları Jotanın və qardaşının xatirəsini belə yad etdilər - FOTO

18:49

"Favorit "Sele"dir, çünki "Sabah"..." - Aslan Kərimov problemləri sadaladı

18:20

"MLS mənim oyun tərzimə uyğun deyildi" - Jiru

17:58

Bu gün "Sabah" ikinci sınaq matçına çıxacaq

17:56

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:23

"Araz-Naxçıvan"ın ÇL-dəki rəqibləri bəlli oldu

17:05

Azərbaycanın iki idmançısı dopinqə görə cəzalandı

16:47

"Sabahı çox çətin mübarizə gözləyir" - Xaqani Məmmədov

16:29

"O pula Neymarı almaq olmaz, amma çoxlu ağac əkmək olar" - Müllerdən etiraz

16:17

Azərbaycan telekanalı "Traktor"un ÇL oyunlarını yayımlayacaq

16:10

“UEFA Hakimlər Komitəsinin üzvlərini yaxşı tərəfdən təəccübləndirdik”

15:53

İspaniya nəhəngi dünya çempionunun klubuna rəsmi təklif göndərəcək - MƏBLƏĞ

15:35

"Bu, özümü yenidən göstərmək üçün şansdır" - Quliyev Premyer Liqanı arzulayır

15:14

"Qəbələ" Futbol Akademiyasının fəaliyyəti dayandırıldı

14:57

Ronaldu Jotanın ölümü ilə bağlı paylaşım etdi

14:39

Kamal Quliyevin köməkçiləri bilindi

14:21

"Kəpəz" rəqiblərindən ikisini açıqladı

14:04

"Sumqayıt" qalanları saxlayacaq

13:46

"Mançester Siti" yeni qapıçı transfer etməyə yaxındır - MƏBLƏĞ

13:28

Klublarımızın avrokubok oyunlarını hansı kanallar yayımlayacaq? - AÇIQLAMA

13:05

"Liverpul"un vingeri bədbəxt hadisə nəticəsində həyatını itirdi

12:44

"Mingəçevir"in yarımmüdafiəçisi bu kluba keçdi

12:26

"Rəqib nə qədər güclü olsa da..." - "Zirə"nin kapitanı "Hayduk"la oyundan nə gözləyir?

12:08

AFFA rəsmisi ÇL-ə təyinat aldı

11:50

KONKAKAF: Finalçılar bəlli oldu

11:32

Azərbaycan millisi EEVZA-da 5-ci oldu

11:15

Azərbaycan ilə Özbəkistan DÇ-yə birgə ev sahibliyi üçün FIFA-ya müraciət edəcək

10:57

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:39

Flik 2 futbolçunun "Barselona"dan göndərilməsinə qadağa qoydu - ADLAR

10:20

"Qalatasaray" isveçrəlinin transferi üçün Osimhenlə İkardinin menecerini işə qoşdu

Facebookdan bizi izləməyi unutmayın.
X