Ötən gün UEFA Konfrans Liqasınını II mərhələsinin cavab oyununda Kiprin "Aris" kollektivini ümumi hesabda yenərək növbəti mərhələyə vəsiqə qazanan "Neftçi" növbəti raundda Avstriyanın "Rapid" klubu ilə qarşılaşacaq.
"Neftçi"nin və Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aslan Kərimov Fanat.Az-a açıqlamasında "ağ-qaralar"ın rəqibini dəyərləndirib:
"Əvvəlcə qeyd edim ki, "Neftçi"nin geridönüş etməsinə çox sevindim. "Ağ-qaralar"ın bu mərhələni keçəcəyinə şübhə ilə yanaşırdım. "Neftçi"nin çalışdırıcısının dili varsa, dilçəyi də var. Sözünə əməl etdi. Qısa zaman kəsiyində futbolçulara bu qədər motivasiya verdi. Oyunun ilk hissəsində "Aris"in kəskin hücumlarını izlədik. Amma "Neftçi" rəqibini təzyiq altında saxlaya bildi. Yenə də qeyd etməliyəm ki, "Neftçi"nin yarımmüdafiə və müdafiəsində boşluqlar müşahidə olunurdu. Belə çatışmazlıqlarla "Rapid"lə mübarizə aparmaq çətin olacaq. Komandada nəsə dəyişiklik etmək üçün kifayət qədər vaxt yoxdur".
Emin Şəmsiyev