UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 4-ü saat 21:00-da keçiriləcək “Neftçi” – “Rapid” matçının təyinatları açıqlanıb.
Fanat.Az xəbər verir ki, oyun Xorvatiyadan olan hakimlər briqadasına tapşırılıb.
Baş hakim Dario Bel olacaq. Ona Maryan Tomas və Kristiyan Novosel kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tiyomir Peyin yerinə yetirəcək.
Görüşdə UEFA nümayəndəsi Ahmet Erzurumlu (Türkiyə), hakim-inspektor isə Martin İnqvarsson (İsveç) olacaq.