Bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Neftçi" doğma meydanda Avstriyanın "Rapid" klubunu qəbul edəcək.
Müxtəlif illərdə "Neftçi"nin heyətində çıxış etmiş veteran qapıçı Cahangir Həsənzadə oyun ərəfəsində Fanat.Az-a açıqlama verib:
"Neftçi" üçün "Aris"i keçməmək tam faciə olardı. Bu çəkidə klub "Aris"i mütləq keçməli idi. İlk oyunda gedişat özlənilməz məcraya yönəldi. Halbuki, gözləntilərimz o idi ki, "Neftçi" geridönüş edəcək. Çünki, ağ-qaralar"ın futbolçularının fərdi ustalıq bacarıqları bunu deməyə imkan verir. "Neftçi"nin oyunçuları rəqibə nisbətən daha güclü idi. Amma bu sözləri "Rapid" barəsində deyə bilmərəm. Düşünürəm ki, Vyana təmsilçisi də kifayət qədər güclü heyətə malikdir. Bir şeyi nəzərinizə çatdırım ki, "Neftçi"nin heyətindəki futbolçular arasında lazım olan qədər bağlantı yoxdur. Müdafiədən hücuma qədər oyunçular arasında əlaqə kifayət qədər deyil. Bu zaman futbolçuların fərdi ustalıq səviyyəsi kifayət etməyə bilər. Belə bir oyunla "Rapid"ə qarşı necə oynayacağını yalnız zaman göstərəcək. Bir çox suallar doğur. Fikrimcə ilk oyunun final fitindən sonra hamısına cavab tapılacaq".
Emin Şəmsiyev