“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi “Rapid” Avstriya Bundesliqasında növbəti matçını keçirib.
Fanat.Az xəbər verir ki, komanda III turun oyunları çərçivəsində evdə “Austriya”nı qəbul edib.
1:1 hesablı heç-heçə ilə bitən matçdan sonra “Rapid” baş məşqçisi Ferdinand Feldhofer görüşü dəyərləndirib:
"Qırmızı vərəqə epizoduna kimi dominatlıq edirdik. Yaxşı nəticə qazanmaq istəsək də, alınmadı.
Bakıdakı matçdan sonra çox yaxşı təsir bağışladıq. Azlıqda qalsaq belə, kifayət qədər qol epizodu yaratdıq. Amma təəssüf ki, bunlardan yararlana bilmədik. Oyunçumuza göstərilən ikinci sarı vərəqəni heç cür başa düşmədim. Yanlış qərar idi və sonda xal itirməyimizə səbə oldu. Amma matçın taleyini həll edə bilməməyimiz öz günahımızdır.
“Neftçi” ilə oyundan əvvəl çox əsəbi deyiləm. Çempionat oyunundan sonra əminəm ki, cümə axşamı hər şey yaxşı gedəcək”.
Qeyd edək ki, "Neftçi" Bakıda keçirilən ilk oyununda “Rapid”ə 2:1 hesabı ilə qalib gəlib. Cavab matçı avqustun 11-də Vyanada keçiriləcək.