Məşhur teleaparıcı Qari Lineker yenə diqqət mərkəzinə düşüb.
Fanat.Az "Sky Sports”a istinadən xəbər verir ki, sabiq futbolçu növbəti dəfə canlı efirə alt paltarında çıxa biləcəyini deyib: "İngiltərə yığması dünya çempionu olsun, efirə alt paltarında çıxmaq mənim üçün problem deyil”.
57 yaşlı Lineker 2015-ci il sonlarına doğru, "Lester” İngiltərə Premyer Liqasında çempion olacağı halda efirə alt paltarında çıxacağına söz vermişdi. Yekunda "tülkülər” Premyer Liqanın qalibi olmuş, aparıcı isə verdiyi sözü tutmuşdu.
Fanat.Az