Koronavirus pandemiyası ilə mübarizədə tanınmış idmançılar da yardımlarını əsirgəmirlər.
Fanat.Az xəbər verir ki, Dortmund "Borussiya"sının kapitanı Marko Roys və həyat yoldaşı Skarlett Qartmann ilə birlikdə "məmləkətinə yardım et” adlı sosial aksiyaya qoşulub.
Onlar koronavirus pandemiyası səbəbindən ziyana düşən Dortmund bölgəsindəki kiçik və orta sahibkarlara ümumilikdə 500 min avro yardım ediblər.
Fanat.Az