Lionel Messinin fanatı olan və ulduz futbolçunun şəklini bədəninə döymə etdirən model Suzi Kortes argentinalının "Barselona"dan getmək qərarına görə klub rəhbərliyini tənqid edib.
Fanat.Az xəbər verir ki, braziliyalı gözəl artıq Messinin anlaşdığı deyilən "Mançester Siti"ni dəstəkləyəcəyini bildirib: "Artıq "Siti"nin ən fantastik azarkeşiyəm. Son 5 ildə Messi olmasaydı, "Bapselona" Çempionlar Liqasına vəsiqə belə qazana bilməzdi. Tarixin ən yaxşı oyunçusudu, amma "Baraselona" rəhbərliyi onunla zibil kimi davranır".
"Messi və Luis Suaresə göstərilən münasibət məni məyus etdi. "Barselona"nı sevirəm, amma Xoses Bartomeu prezident olduğu müddətdə bu komandanı dəstəkləməyəcəm. Bartomeu və Erik Abidal bu gözəl komandanı yox etdi. İndi onlara görə bütün zamanların ən yaxşısı Kataloniyanı tərk edəcək" deyə Kortes bildirib.