11:45 29.12.2020 285

Mahir Emreli: "Azərbaycanda heç kim futbolu Qurban Qurbanov qədər bilmir"

Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Mahir Emrelinin "Report"a müsahibəsi

- Son vaxtlar Türkiyə mətbuatında sizin "Beşiktaş"ın maraq dairəsində olmağınızla bağlı xəbərlər dolaşır. Əvvəlcə buna aydınlıq gətirərdiniz. İstanbul klubundan həqiqətən sizə maraq və ya təklif varmı?
- Bu barədə başqaları da mənə sual verir, yazır. Amma indi cavab vermək istəmirəm. Zamanı gələndə danışarıq. İndi danışalası bir şey yoxdur.

- Artıq qış fasiləsidir. Ölkə xaricindən təklif almısınız?
- Maraqlananlar var. Bunu mən də bilirəm, agentim də. Amma hələ dəqiq bir şey yoxdur. Klubuma rəsmi təklif gəlməyib. Sadəcə, oyunumu izləyiblər, zəng vurub, detallarla maraqlanırlar. Bilirsiniz ki, başqa ölkələrdə çempionatlar davam edir. Onlarda Milad bayramı idi. Hər kəsin cavabı belə oldu ki, oyunları keçirək, bayram bitsin, sonra oturub tam dəqiqliyi ilə danışarıq. Bu, agentimin sözləridir.

"Real danışsaq, "Qarabağ"ın qrupa düşməsi mənim üçün uğur idi"

- Artıq 2020-ci il başa çatmaq üzrədir. "Qarabağ" qış fasiləsinə 2-ci pillədə yollandı. Mövsümün ilk yarısını necə dəyərləndirirsiniz?
- Bu il məlum səbəblərə görə hər bir oyuna fərqli yanaşdıq. Yəni, Qarabağ adını daşımağımız ayrı qürur, məsuliyyət olduğu üçün üzərimizə daha çox yük düşdü. Avrokuboklarda qarşılaşdığımız bütün rəqiblər ölkə çempionatlarını oynayıb bitirmişdilər, bizdən daha hazırlıqlı idilər. Biz isə karantin şəraitində olduğumuz üçün ölkə xaricində toplanış keçə bilmədik. Bu dəfə hazırlıq prosesi Qəbələdə oldu. Düzdür, şərait əla idi, amma buradakı oyunlar Avropadakı rəqiblərə qarşı keçirdiyimiz matçlar deyildi. Çıxışımızı pis dəyərləndirmirəm. Dediyim kimi, ağır il oldu. Avrokuboklarda cəmi 2 oyunumuzu evdə keçirdik. Qalan görüşlərimiz səfərdə oldu. Belə bir dönəmdə Avropa Liqasının qrupuna düşmək heç də asan deyildi. Digər komandalara baxanda hazırlıq durumumuz yaxşı deyildi. Real danışsaq, qrupa düşməyimiz mənim üçün uğur idi. Çempionatdakı vəziyyətimizə gəlincə, bilirsiniz ki, 2 cəbhədə oynayırıq. Ən sevmədiyimiz məqam o oldu ki, dayanmadan uçur, yollarda olurduq. Bu da komandada yorğunluq yaradırdı. Bununla belə, Premyer Liqada ili yaxşı bitirdik. Ehtiyatımızda hələ 1 oyun var. Ümid edirəm ki, yeni ildən vəziyyət düzələr, sizinlə yanaşı, azarkeşlər də stadiona gəlib, oyunumuzu izləyərlər. Həm media nümayəndələrinin, həm tərəfdarların stadionda olmaları bizim üçün vacibdir. Əvvəlki futbol üçün darıxmışıq.

- Bir müddət öncə "Qarabağ"da koronavirusa kütləvi yoluxma halı baş verdi. Sizdə də infeksiya aşkarlanmışdı. Xəstəlik və karantin dövrü necə keçdi?
- Evdə mən və qardaşım yoluxduq. Qeyri-adi bir hissim yox idi. Sadəcə, 2 gün qızdırma oldu, bədənim ağrıyırdı. Qalan günlərdə isə yalnız öskürək məni narahat edirdi. Ümumi götürsək, xəstəliyi ağır keçirmədim. Sadəcə, müddət bir az çox oldu. 2 həftədən çox karantində qaldım. Artıq tam sağalmışam, hər şey qaydasındadır.

- Son 2 ayda Azərbaycan Premyer Liqasında 100-dən çox futbolçu və məşqçi virusa yoluxdu. Sizcə, yoluxma sayının çoxluğu nədən qaynaqlanırdı?
- Yoluxma daha çox milli komandada oldu.Çünki istər-istəməz başqa ölkələrə uçurduq. Bilirsiniz ki, son toplanış zamanı 3 fərqli ölkədə olduq. Təmkin Xəlilzadə, Rahil Məmmədov və Maksim Medvedev həmin vaxt yoluxdu. Bakıda test vermişdik, heç kimdə virus yox idi. Bunadək tək-tük futbolçu xəstələnirdi. Yəqin, millinin səfəri zamanı tutmuşuq. Halbuki çölə də çıxmırdıq, oteldə olurduq. Bəlkə məşq və ya oyun zamanı stadionda olarkən kimdənsə keçib. Açığı, bu barədə heç bir fikrim yoxdur. Hər zaman oteldə 1 otaqda 2 nəfər qalırdıq. Bu dəfə yoluxma riskinə görə hərəyə bir otaq verilmişdi. Hər cür tədbir görülmüşdü. Özümüz də bilmədən yoluxmuşuq. Nə qədər qorunsaq da, virus gəlib adamı tapır. 2 gün əvvəl test verirsən, görürsən neqativdir, 2 gün sonra pozitiv çıxır. Çox maraqlı xəstəlikdir.

"İndi fərdi utalıq artıq elə də rol oynamır"

- Milli komanda DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla eyni qrupa düşdü. Şansları necə qiymətləndirirsiniz?
- Favoritlər onsuz da bəllidir. Amma bəzən adama Kriştianu Ronaldu və ya başqa biri haqqında suallar verirlər. Mən bu cür məqamlara toxunmağı sevmirəm. Onu deyim ki, maraqlı qrupdur. Öz içimdə hər zaman inanmışam ki, nəsə etmək olar. Çünki müasir futbol çox dəyişib. Rəqibini düzgün analiz edən, oyuna yaxşı hazırlaşan və verilən tapşırığı dəqiq yerinə yetirən komanda qalib gəlir. Fərdi utalıq artıq elə də rol oynamır. Düzdür, bəzi oyunlar istisna təşkil edir. Amma hazırda komanda oyununa daha çox üstünlük verirlər. Mənə görə, bunun ən gözəl nümunəsi İslandiya millisidir. Hətta Finlandiya yığmasını da qeyd edərdim, AVRO-2020-yə vəsiqə qazandılar. Komanda hər şeyi doğru edəndə uğur qazanmaq olur. Millətlər Liqasında yeni baş məşqçi ilə mübarizə apardıq. Pandemiya ilə əlaqədar millinin oyunlarına hazırlaşmaq da çətin oldu. Yığmada bir yerdə hazırlaşmağa çox da vaxtımız olmadı. Yalnız turnirin ilk oyununa bir qədər çox hazırlaşa bildik. Vaxt məhdudiyyəti oldu. Buna baxmayaraq, Millətlər Liqasında yaxşı oyunlarımız oldu.

- Artıq baş məşqçi Canni De Byazinin De Byazinin işinə bələdsiniz. Necə düşünürsünüz, italiyalı mütəxəssis milli komanda ilə seçmə mərhələdə sürpriz edə bilərmi?
- Bunu zaman göstərəcək. Mən heç nə demək istəmirəm. De Byazinin özü də cavab verib ki, mən sehrbaz deyiləm, baş məşqçiyəm. Mən də futbolçuyam, gələcəyi görmürəm (gülür).

- Zəif çıxış edəndə də, yaxşı oynayanda da tənqid olunursunuz. Bu amil sizə, oyununuza necə təsir edir? Ümumiyyətlə, bu məsələyə münasibətiniz necədir?
- Əvvəlki dövrlərdə sosial şəbəkəyə daxil olanda tənqidləri oxuyurdum. Açığı, bir az məni əsəbiləşdirirdi. Amma indi istər haqlı, istər haqsız tənqid olsun, fikir vermirəm. Çünki mənə tənqidi də, tərifi də baş məşqçim Qurban Qurbanov deyir. Mənə görə Azərbaycanda futbolu heç kim onun qədər bilmir. Lazım olan hər şeyi özü mənə deyir. Bəzən kimsə maraq cəlb etmək, reaksiya almaq üçün haqqımda nə isə yazır. Sizin də dediyiniz kimi, bu, yaxşı oynayanda da olur, pis oynayanda da. Deməli, problem məndə deyil (gülür).
 
Fanat.Az
Oxşar xəbərlər

Xəbər lenti

28 Fevral 2021
14:47

"Zirə"də şok itkilər: Onun üçün mövsüm erkən bitdi

13:40

"David Vilyanın burnunu sındırmamışam" - Azərbaycanlı baş məşqçi

13:22

Elxan Məmmədov: "Bu çəkidə ikinci bir cüdoçu yoxdur ki, ona şans verək"

12:37

"Liverpul" Kloppa əvəzedici axtarır: Əfsanə geri dönür?

11:36

Futbol tarixinin ən yaxşı bombardiri dəyişdi

11:00

Məhəmməd Salah "Liverpul"dan gedir?

10:18

PSJ-nin transfer siyahısı - ŞOK ADLAR

09:26

ADBTİA-nın tələbəsi intihar etdi - AÇIQLAMA

08:22

Qadın idmançı buna görə komandadan qovuldu - FOTOLAR

07:31

"Barselona" "İnter"in müdafiəçisini alır

06:17

Quardiola Mourinyunun rekordunu qırdı

02:10

La Liqa: "Barselona" uddu, "Xetafe" darmadağın etdi

01:52

İPL: "Mançester Siti"dən çətin qələbə, "Lids" yenildi

01:38

A Seriyası: "Latsio" məğlub oldu, "Yuventus" büdrədi

00:27

Əli "qızıl", Turan və Türkan "bürünc" aldı

00:22

Komandasını "əzdilər", bəs Pavel hanı?

27 Fevral 2021
23:46

Almaniya Bundesliqası: "Bavariya", "Ştutqart" və "Borussiya"dan darmadağın

23:00

Türkiyə Superliqası: "Qalatasaray"dan inamlı qələbə

20:18

Nazarov oynasa da...

18:09

Azərbaycanı dünya çempionatında kimlər təmsil edəcək?

17:32

Məşhur futbol funksioneri koronavirusa yoluxdu

16:43

Azərbaycanda mərc oyunlarının idarəetməsi Türkiyə şirkətinə verildi - FOTOLAR

16:23

Millimizin kapitanı: "Çatışmayan cəhətlərimiz var"

15:40

Dünya çempionu xərçəngdən öldü

15:17

Ronaldunun onu ələ salan Şakiranı peşman etdiyi an - VİDEO

14:59

Rəmzi komanda açıqlandı: Messi, Ramos...

14:42

Qadın cüdoçularımızdan dördü göndərildi, biri isə soyadını dəyişir

14:18

Super Liqa klubunda yeni müqavilə

13:57

Avropa çempionatının vaxtı açıqlandı

13:35

Millimiz Böyük Dəbilqəyə 13 cüdoçu ilə yollanacaq

13:14

Arsen Venger Türkiyəyə gəlir?

12:48

Ermənini udan güləşçimizin məşqçisi: "Turan müharibəyə can atırdı"

12:16

Günün oyunları bu kanallarda - AFİŞA

11:45

Millimizin rəqibi "Çelsi"nin məşqçisi ilə anlaşdı

11:22

Məşhur erməni ABŞ yığmasına keçdi

10:56

Ronaldunun uğurlarının sirri açıqlandı

10:38

Çempionlar Liqasında həftənin ən yaxşı qolu

10:24

Güləşçimiz qızıl medal görüşünə çıxacaq

09:59

Millinin qapıçısı dünyasını dəyişdi

09:33

Oyun yaddan çıxdı, hamı onu izlədi - FOTOLAR

09:00

Dörd güləşçimiz beynəlxalq turnirin yarımfinalına vəsiqə qazandı

02:18

"Milan" "Portu"nun braziliyalısını aparır - SON DURUM

01:21

Almaniya Bundesliqası: "Ayntraxt" 3-cü pilləyə yüksələ bilmədi

01:14

La Liqa: "Levante" yenə uduzmadı

00:32

Millimizin yarımmüdafiəçisi Niderlandda 82 dəqiqə oynadı

00:11

Eddi 90 dəqiqəyə nə etdi?

26 Fevral 2021
20:09

Avroliqada həftənin ən yaxşısı "Arsenal"ın oyunçusu oldu

19:17

PFL təxirə salınmış oyunların vaxtını açıqladı

18:05

PFL bir oyunun yerini dəyişdi

17:15

"Zirə" nə qədər Volkovsuz qalacaq? - SON DURUM

16:51

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu

16:27

Avroliqanın püşkü atıldı: "Mançester Yunayted" - "Milan" qarşıdurması... - YENİLƏNİB

16:26

Hava şəraiti idman kompleksinin infrastrukturuna ciddi ziyan vurdu

16:09

UEFA "Qarabağ" üçün pul göndərdi

15:46

Mahir Emreli "Qalatasaray"a təklif edildi

15:21

“Qarabağ”dan növbəti etiraz

14:54

“Neftçi“nin prezidenti işçilərindən 5 manat yığır

14:39

Güləşçimiz ermənini məğlub etdi

14:16

Avropa Liqası: Həftənin rəmzi komandası açıqlandı

14:02

Levon Aronyan Ermənistanı tərk etdi

13:50

Çempionlar Liqasında həftənin rəmzi komandası

13:39

“Sabah”ın iki futbolçusu üçün əlamətdar oyun

13:21

Mövsümün rekord seriyası qırıldı

13:13

150-ci sülh

12:57

Xaymenin "Qarabağ"da yubiley qolu

12:42

Tahir Gözəl: "Qarabağ" adı bizi daha məsuliyyətli olmağa vadar etdi"

12:28

Azad Rəhimovun vəziyyəti necədir? - AÇIQLAMA

12:09

Braziliya çempionu müəyyənləşdi

11:56

Hakimlər Komitəsində nə baş verir? – Məmmədov Stuxlikin yanından uzaqlaşdırıldı

11:15

Millimizdən qələbə

Facebookdan bizi izləməyi unutmayın.