14:50 24.03.2023 763

Heydər Əliyev və Azərbaycanda paralimpiya hərəkatı

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Müasir dövrdə əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası üçün ən kütləvi vasitə idmandır. Odur ki, idman aləmini paralimpiya dəyərləri olmadan təsəvvür etmək mümkün deyil. Almaniyalı neyrocərrah Lüdviq Quttman tərəfindən irəli sürülən, 1960-cı ildən bu yana ali səviyyədə əksini tapan paralimpiya maraqları ötən dövr ərzində böyük hərəkata səbəb olub, günümüzdə dünyanın hər bir tərəfindən milyonlarla insanı ətrafına toplamaqdadır. Dəyərlər Azərbaycanda da yüksək səviyyədə qorunaraq, təbliğ edilir. Respublikamızın nümayəndələri cəmi yeddi Yay Paralimpiya oyunlarında iştirak etsələr də, az qala bir əsrlik fəaliyyəti ifadə edən uğurlara imza atıblar. 

Eyni zamanda, idmançılarımız ayrı-ayrı növlərdə Avropa, paralimpiya və dünya rekordlarına sahibdirlər.

Lisenziya və medal sayında bir qayda olaraq əvvəlki oyunlardan daha yaxşı nəticə göstərən paralimpiyaçılarımız sonuncu yarış olan Tokio 2020-də mükafatların keyfiyyətinə görə əvvəlki altı Paralimpiadanın toplamından belə, daha yüksək göstəriciyə imza atdı. Oyunlara rekord heyətlə yollanan komandamız gözləntiləri artıqlamasıyla doğruldaraq 14 qızıl, 1 gümüş, 4 bürünc medalla 163 ölkə arasında 10-cu yeri tutdu.

Əlbəttə, hər bir nailiyyətin əsasında Azərbaycan dövlətinin idmana, o cümlədən paralimpiya hərəkatına göstərdiyi yüksək dəstək, qayğı dayanır. Xatırlatmaq yerinə düşər ki, dövlət başçısı və Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev fiziki məhdudiyyətli idmançılarımızla görüşlərində dəfələrlə “Mən paralimpiyaçıların dostuyam” fikrini dilə gətirib.


Şübhəsiz ki, bütün sahələrdə olduğu kimi, müstəqil Azərbaycanda paralimpiya hərəkatının inkişafında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur.

Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan Heydər Əliyevin çoxsaylı fəaliyyətində idman sahəsində gördüyü işlər də bu ölkənin vətəndaşlarını qürurlandırır. Ulu Öndər idman sahəsinin inkişafına böyük diqqət və qayğı göstərirdi. O deyirdi: “İdman hər bir ölkənin inkişafı üçün çox vacib olan sahədir. Bu elə bir sahədir ki, idmançılarımız müxtəlif ölkələrdə yarışlarda iştirak edir, qələbələr qazanırlar və hər dəfə müstəqil Azərbaycanın adını ucaldırlar. Müstəqil Azərbaycanın himni çalınır, bayrağı qaldırılır və Vətənimiz dünyanın müxtəlif ölkələrində tanınır. Demək olar ki, idman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur”.

Bu gün Azərbaycanda idman uğurla inkişaf edir. Azərbaycan dünyada idman ölkəsi kimi tanınır və idmançılarımızın qələbələri xalqımızı ürəkdən sevindirir. Əminliklə deyə bilərik ki, Azərbaycanın idman şöhrəti yüksək səviyyədədir. Təsadüfü deyil ki, son illər ərzində ölkəmizdə müxtəlif mötəbər beynəlxalq idman yarışları keçirilir, Vətənimiz dünya və Avropa çempionatlarına ev sahibliyi edir. İdman sahəsində ən böyük nailiyyətlərimizdən biri ölkəmizin Olimpiya və Paralimpiya oyunlarında iştirakı, həmin yarışlarda qazandığı yüksək nailiyyətlərdir. Olimpiya və Paralimpiya Oyunları dünyanın nəinki ən mötəbər idman yarışıdır, hətta bəlkə də, dünyanın diqqətini cəlb edən birinci dərəcəli tədbirdir. Azərbaycan paralimpiyaçıları bu yarışlara ilk dəfə ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə 1996-cı ildə Atlanta Paralimpiya Oyunlarına yola düşüblər. Ulu Öndərimizin dəyərli tövsiyələri həmişə idmançılarımızın qələbə əzmini yüksəldib, onlarda nikbin əhval-ruhiyyə yaradıb və nəticədə Paralimpiya Oyunlarında qələbələrimizin əsası qoyulub. Növbəti dəfə komandamız 2000-ci ildə Sidney Paralimpiya Oyunlarında 3 növdə 7 idmançı ilə təmsil olunaraq, bir qızıl və bir gümüş medal qazanıb. Ümummilli lider 2000-ci ilin 15 noyabrında XI Sidney Yay Paralimpiya Oyunlarından uğurlu nəticələrlə qayıtmış paralimpiyaçılarımızla görüşdə deyib:

 “Fiziki imkanları məhdud insanların idmanla məşğul olması və idman yarışlarında belə yüksək nailiyyətlər əldə etməsi çox təqdirəlayiq haldır. Bu bir tərəfdən sizin nə qədər iradəli olduğunuzu, digər tərəfdən fiziki məhdudiyyətinizə baxmayaraq həm öz səhhətinizi daha da möhkəmləndirmək, həm də cəmiyyətdə öz fəaliyyətinizi göstərmək üçün nə qədər əzmkar olduğunuzu göstərir. Hesab edirəm ki, biz sizin bu fəaliyyətinizi yüksək qimətləndirməliyik. Təəccüblənmək olar ki, insan bir az xəstə, yaxud bir az çatışmazlığı olanda onda bədbinlik əmələ gəlir, özünü ələ ala bilmir. Amma siz müəyyən fiziki məhdudiyyətinizi öz əzmkarlığınızla, iradənizlə və bacarığınızla aradan qaldırmısınız. Siz və sizin kimi insanlar cəmiyyətimizdə böyük hörmətə layiqdirlər. Ölkəmizin olimpiyaçılarının, o cümlədən paralimpiyaçılarımızın keçdiyi bu imtahan onu göstərir ki, Azərbaycan gəncləri, idmançıları böyük potensiala malikdir.”

Ölkədə idmanın inkişafı, həmçinin paralimpiyaçıların öz potensiallarını ortaya qoyması üçün bu yöndə qəbul olunan Dövlət Proqramı, verilən sərəncamlar Ulu Öndərin qayğısının daha bir bariz nümunəsidir. Ümummilli Liderin imzaladığı Sərəncam “Əlilliyin qarşısının alınması və əlillərin reabilitasiyası üzrə 1999-2000-ci illər üçün xüsusi Dövlət Proqramı”, fiziki cəhətdən məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyasında müstəsna rol oynadı. O da qeyd edilməlidir ki, paralimpiyaçıların nüfuzlu idman yarışlarına və olimpiadalara hazırlaşması üçün idman qurğularının inşası Heydər Əliyev tərəfindən prioritet məsələ kimi qoyuldu.

İlk uğurlarını qazanmış paralimpiyaçılarımızla görüşdə Ulu Öndər əlil idmançılar üçün xüsusi kompleksin tikintisi barədə göstəriş verib. Səkkiz ildən sonra, yəni 2008-ci ilin avqustun 28-də Sumqayıtda inşa edilmiş Paralimpiya İdman Kompleksinin açılış mərasimi keçirilib. Xüsusi qeyd etmək lazımdır ki, MDB məkanında ilk dəfə olaraq paralimpiyaçılar üçün xüsusi və çox yüksək səviyyədə, yüksək dünya standartlarına uyğun şəkildə idman mərkəzi tikilib istifadəyə verildi. Tədbirdə Prezident, paralimpiyaçıların dostu İlham Əliyev və Birinci vitse-prezident, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak edib.

 Dövlətimizin başçısı çıxışında demişdi:

 “Paralimpiyaçıların idmana olan sədaqəti və xüsusilə Azərbaycan paralimpiyaçılarının uğurları və beynəlxalq yarışlarda iştirakı böyük qəhrəmanlıqdır. Azərbaycan dövləti sizin bu səylərinizi çox yüksək qiymətləndirir və qiymətləndirməlidir. Məhz buna görə maksimum dərəcədə çalışırıq ki, sizin üçün lazımi şəraiti yaradaq. O cümlədən belə gözəl idman mərkəzinin tikintisi bunu bir daha sübut edir. Mən çox şadam ki, Azərbaycanda Paralimpiya Komitəsi fəaliyyətini genişləndirir və ümumiyyətlə, Paralimpiya oyunlarında iştirak edən idmançıların sayı artır. Bizim Paralimpiya oyunlarında nəticələrimiz də hər dəfə daha da böyük olur. Azərbaycan dövləti paralimpiyaçıların mükafatlandırılması üçün lazımi tədbirlər görür və görəcəkdir. Bir də demək istəyirəm ki, paralimpiyaçılar, sözün əsl mənasında, fədakar insanlardır. Onlar zədələrdən, yaralardan, bəzən sağalmayan yaralardan əziyyət çəkirlər. Ancaq buna baxmayaraq, öz fədakarlığını göstərərək, idmanla məşğul olur, Azərbaycanı təbliğ edirlər. Beynəlxalq yarışlarda Azərbaycanın bayrağını qaldırırlar və Azərbaycan xalqı bunu çox yüksək qiymətləndirir. Azərbaycan dövləti də çalışır ki, əlindən gələni etsin ki, sizin şəraitiniz, həyatınız daha da yaxşı olsun”.

Paralimpiyaçılarımız daim öz üzərlərində dövlətimizin başçısının qayğıkeş münasibətini hiss ediblər. Qələbə qazanmış paralimpiyaçılarımız, məşqçilərimiz müntəzəm olaraq Prezidentin sərəncamları ilə yüksək orden və medallarla təltif olunurlar. Paralimpiyaçımızın maddi rifahı yaxşılaşdırılır, idmançılarımız mənzil və avtomobillərlə təmin olunurlar.

İdman ictimaiyyətinin bəxti onda gətirib ki, dövlətimizin başçısı İlham Əliyev, eyni zamanda, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentidir.

Paralimpiyaçılarımızın sosial rifahının yaxşılaşdırılması bəhrəsini verməkdədir. Belə ki, fəaliyyəti dövründə paralimpiya milli komandası 7 Yay Paralimpiya oyunlarında iştirak edib. İdmançılarımız ümumilikdə 57 medal qazanıblar.

Hazırda Komitənin nəzdində 14 yay idman növü, 2 qış idman növü vardır ki, bu idman növlərinə minlərlə idmançı cəlb olunmuşdur.

2013-cü ildə beynəlxalq təcrübədə ilk dəfə olaraq Milli Paralimpiya Komitəsinin nəzdində Uşaq Paralimpiya Komitəsi (UPK) yaradılıb. UPK Paralimpiya Komitəsi tərəfindən idarə olunur. Komitənin yaradılmasında əsas məqsəd, sağlamlıq imkanları məhdud uşaqların idmana cəlb olunması yolu ilə ehtiyat idmançıların hazırlanması və onların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiya olunmalarına dəstək verməkdir. 2015-ci ildən başlayaraq hər il respublika üzrə Uşaq Paralimpiya İdman Oyunları keçirilir.

Prezident İlham Əliyev çıxışlarının birində deyib: “İdmançılarımızın əsas təkanverici stimulu Vətən sevgisidir. Bütün başqa amillərlə yanaşı, birinci sırada dayanan Vətənə, xalqa olan bağlılıqdır. Azərbaycan idmançıları istər Olimpiya Oyunlarında, istərsə də Avropa, dünya çempionatlarında medallar qazananda, Azərbaycanın milli himni səslənəndə hər bir vətənpərvər Azərbaycan vətəndaşı sevinir. Hər bir insanın, hər bir vətənpərvər vətəndaşın ürəyi fərəhlə dolur. Bu unudulmaz anları bizə idmançılar bəxş edirlər”.

Ümummilli Lider haqqında danışarkən onun adını daşıyan Heydər Əliyev Fondunun fəaliyyəti də diqqət çəkir. Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan və onun rəhbərliyi ilə son illər həyata keçirilən irimiqyaslı humanitar layihələr, o cümlədən fiziki məhdudiyyətli insanlara, valideyn himayəsindən məhrum olmuş, müxtəlif xəstəliklərdən əziyyət çəkən, həmçinin sağlamlıq imkanları məhdud uşaqlara göstərilən qayğı təbii ki, paralimpiyaçılarımızdan da yan keçməyib. Məlumat üçün qeyd edilməlidir ki, Heydər Əliyev Fondu tərəfindən ikiqat Paralimpiya çempionu İlham Zəkiyev “Qızıl çinar” mükafatına, qalib paralimpiyaçılarımız isə Fondun fərdi təqaüdünə layiq görülüb. Yuxarıda qeyd olunan bütün bu uğurlara görə paralimpiyaçılarımız ölkə idmanının əvəzolunmaz dostuna minnətdardırlar. Təsadüfi deyil ki, çıxışlarının birində İlham Əliyev özünü paralimpiyaçılarının dostu hesab etdiyini fəxrlə bildirmişdi. Ancaq onu təkcə paralimpiyaçıların dostu kimi qəbul etmək ədalətsizlik olardı və birmənalı olaraq möhtərəm prezidentimiz ölkə idmanının, bu idmanın bayraqdarlarının timsalında millətin dostudur.

Sahib Əsədbəyli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 İyun 2024
00:57

AÇ-2024: Xorvatiya və İsveçrədən bərabərlik, Almaniya 1/8 finalda 

00:11

"Almaniya kimi yığmalara uduzmaq rəzalət sayılmamalıdır" - Marko Rossi

19 İyun 2024
23:33

Almaniya - Macarıstan qarşılaşmasının ən yaxşı oyunçusu açıqlandı

21:00

Xorvatiya - Albaniya matçının ən yaxşı futbolçusu müəyyənləşdi

20:06

Messi Amerika Kuboku haqqında: "Dəfələrlə buna görə "yanmışıq"

19:25

Almaniya nəhəngi "Mançester Yunayted"in ulduzunu aparır

18:30

"Leyptsiq" baş məşqçisi ilə bağlı qərarını açıqladı

17:23

AÇ-2024: Eriksen bu göstəricidə hamını qabaqladı

17:00

Azərbaycanın iki avarçəkəni Avropa çempionatında mübarizə aparacaq

16:42

AÇ-2024: 1-ci turun ən yaxşı qolunun müəllifi adına namizədlər açıqlandı

16:24

“Sabah”la “Sumqayıt”ın püşkdə bəxti gətirmədi

16:00

“Zirə”nin potensial rəqibləri bilindi

15:47

"Neftçi"dən ayrılan futbolçu Rusiya Premyer Liqasında 

15:28

"Albaniya İspaniya qədər güclü deyil, amma..." - Zlatko Daliç 

15:10

Azərbaycan idmançısı Avropa birinciliyinin qalibi oldu

14:52

Abaskalın yeni iş yeri müəyyənləşdi - Təyinatı bu gün elan olunacaq

14:34

Tadiçin dili başına bəla oldu - Serbiya millisindən üzr istədi

14:16

ÇL: "Qarabağ"ın rəqibi bilindi

13:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR 

13:35

Pepe Kirayın rekordunu qırdı 

13:16

Türkiyə - Gürcüstan matçının ən yaxşı oyunçusu bilindi

12:58

"Şamaxı" daha bir legionerlə gücləndi 

12:41

UEFA Albaniya millisini cəzalandırdı

12:24

Avropa çempionatları tarixində Ronaldu kimisi olmayıb

12:07

"İngiltərə Premyer Liqasında oynamaq istəyərdim" - Denzel Dümfris gedir?

11:49

Lunyovun yeni klubu bilindi - RƏSMİ

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

10:40

Ərdoğan Türkiyə millisini belə təbrik etdi - VİDEO

10:13

AÇ-2024: Nəticələr və təqvim

09:25

"Həmişə bu qədər qol imkanı yarada bilməyəcəyik" - Montella

00:52

AÇ-2024: Türkiyədən inamlı, Portuqaliyadan əzmkar qələbə 

00:35

Ağabala Ramazanov karyerasını bitirdi

18 İyun 2024
21:14

Rəşad Sadıqov püşkü dəyərləndirdi

20:35

"Barselona" Londondan gələn təklifə "hə" dedi, amma...

19:49

Almaniya millisinin üzvü azarkeşin qolunu sındırdı - FOTO

19:20

ÇL-də yeni mövsümün ilk təsnifat mərhələsinin püşkü atıldı

18:52

Xorvatiya millisinin üzvü üçün Avropa çempionatı bitdi

17:49

"Bayern" milli üzvü ilə güclənir

17:11

"Zirə"nin Avropa Liqasındakı ilk rəqibi bilindi

16:25

Abdullayev Polşada AFA-nın tədbirinə qatıldı

Facebookdan bizi izləməyi unutmayın.
X