18:03 11.06.2022 630

MPK prezidenti: "Paris-2024-də 6-7 nəfər qazimiz çıxış edə bilər"

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov Fanat.Az-a müsahibə verib. Qurum rəhbəri Tokio-2020 Yay Paralimpiya Oyunlarından sonrakı bir ilə yaxın müddət ərzində bu sahədə görülən işlər, Paris-2024-lə bağlı planlar, Qarabağ qazilərinin idmana cəlb olunması istiqamətində aparılan fəaliyyət və digər məsələlər barədə danışıb.

- İlqar bəy, Azərbaycan Paralimpiya hərəkatı tarixinə qızıl hərflərlə düşən Tokio-2020-dən bir ilə yaxın vaxt keçir. Ötən zaman kəsimində rəhbərlik etdiyiniz qurumun gördüyü işlər barədə məlumat verərsiniz.
- Paralimpiadadan sonra hər zaman olduğu kimi, idmançılara bir müddətlik istirahət verdik. Bu, uzun fasilə olmadı. Çünki bildiyiniz kimi, Tokio Paralimpiadası bir il ertələndiyindən, bizim növbəti Oyunlara çox böyük zamanımız qalmayıb. Cari il ərzində bir sıra idman növləri üzrə təlim-məşq toplanışları təşkil olunub, idmançılarımız davamlı olaraq beynəlxalq turnirlərdə qüvvəsini sınayır. Bütün bunlar onların hazırlıq və peşəkarlığının daha da artırılmasına xidmət edir. Əlimizdən gələni edirik ki, uğurlarımızı Parisdə də davam etdirək. Təbii ki, bunun üçün maddi məsələlər də önəmlidir. 

- Komitənin hazırkı maliyyə dəstəyi qanedicidirmi?
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, həmçinin Maliyyə Nazirliyindən ayrılan müvafiq büdcə hesabına işləri aparırıq. Lakin müəyyən çatışmazlıqlarımız var. Məlum olduğu kimi, ölkədə paralimpiya hərəkatının inkişafı dövlət başçısı İlham Əliyevin də daim diqqət mərkəzindədir. Cənab prezidentin sərəncamı ilə sonuncu Paralimpiya Oyunlarından öncə komitəyə yarım milyon manat ayrıldı. Həmin vəsaitin bizə çox köməyi oldu. 

- Paralimpiyaçılarımız bir qayda olaraq, oyunlardan-oyunlara lisenziya sayını artırıblar. Son Paralimpiadaya isə əvvəlkindən az qala iki dəfə çox - 36 lisenziya qazanılmışdı. Paris üçün hədəf neçə lisenziyadır?
- Paris-2024-ə 40-50 arası vəsiqə hədəf götürmüşük. Bunu bacaracağımıza əminliyimiz var. Həmçinin təmsil olunacağımız növlərin sayını da artırmaq istəyirik. Tokioda Azərbaycan paralimpiyaçıları 6 növ üzrə mübarizəyə qatılmışdısa, Parisdə məqsədimiz 8 növ üzrə yarışmaqdır.

- Hansı növlərlə bağlı belə bir ehtimal var?
- Kamandan oxatma və boccia növlərinin şansı daha çoxdur. Hər iki növdə Paralimpiadaya yollana biləcək idmançılarımız var.

- Rio Paralimpiadasını çıxsaq, Azərbaycan komandası qatıldığı Paralimpiya Oyunlarında əvvəlkindən daha yaxşı nəticələrə nail olub. Lakin Tokiodakı 14 qızıl medal elə göstəricidir ki, bunu təkrarlamaq uzun illər mümkün olmaya bilər. Siz bu məsələyə necə yanaşırsınız?
- Mümkündür. Təcrübəli, titullu idmançılarımız uğurlarının ardını iki il sonrakı yarışlarda da gətirə biləcək gücdədirlər. Onlarla yanaşı, bizim ehtiyat qüvvəmiz də yetərincədir. Yeni nəsil paralimpiyaçılar ildən-ilə artırırlar. Komandalarımızın məşqçilər heyəti əsl peşəkarlardan, təcrübəli mütəxəssislərdən ibarətdir. Onlara güvənimiz tamdır.

- Tokio Paralimpiadasından sonra cəmiyyətdə ən çox müzakirə olunan məsələlərdən biri, hətta birincisi Qarabağ müharibəsində sağlamlığını itirmiş qazilərimizin idmana cəlb olunması idi. Bununla bağlı hansı işlər aparılır?
- Milli Paralimpiya Komitəsində qazilərlə bağlı komissiya yaradılıb. Həmin komissiyaya komitənin fəxri vitse-prezidenti Afiq Süleymanov rəhbərlik edir. Tokio oyunlarından bu yana xeyli sayda müharibə əlili sıralarımıza cəlb olunub. Onlar fiziki məhdudiyyətinə və bacarıqlarına görə cüdo, atletika, pauerliftinq və digər növlərə yönləndirilib. Qısa vaxtda artıq nəticələr də əldə olunub. Ötən ay Vətən müharibəsi qazisi Rasim Yaxin atletikanın nüvəitələmə növündə İsveçrədə qızıl medal qazandı. Doğrudur, onun həmin yarışdakı göstəricisi hələ Paralimpiya Oyunları haqda danışmaq üçün yetərli deyil. Lakin peşəkar məşqçi heyətinin sayəsində qarşıda daha yüksək nəticələr qazanacağına şübhə etmirik. 

Bildiyiniz kimi, cüdoda artıq yeni yarış qaydaları qüvvəyə minib. Heç görməyən idmançılarla müəyyən görmə imkanına malik olanlar ayrılıqda mübarizə aparacaqlar. Vətən müharibəsində görmə imkanını tamamilə itirmiş 4 qazi hazırda cüdo ilə məşğul olur. Onların da qarşıdakı iki ildə hazırlıqlarını artırıb, Paralimpiadaya lisenziya qazanması istisna olunmur. 

Ümumi götürəndə, az əvvəl səsləndirdiyim 40-50 arası lisenziya gözləntisindən ən azı 6-7-si məhz qazilərimizlə bağlıdır.

- Tokiodakı parlaq nəticələrdən sonra ümumilikdə ölkədə Paralimpiya hərəkatına axının sürətlənəcəyi gözlənilirdi. Paralimpiya idman növləri ilə məşğul olan uşaq və yeniyetmələrin sayında nə dərəcədə artım var?
- Uşaq və yeniyetmələrlə iş daim komitənin ciddi nəzarətində olub. Bariz numunə kimi dünyada ilk Uşaq Paralimpiya Komitəsi məhz Azərbaycanda yaradılıb. 2013-cü ildən bu yana bir neçə Uşaq Paralimpiya Oyunları keçirilib. Hətta qonşu Gürcüstandan da uşaqlar ölkəmizə gəlib yarışlarda iştirak ediblər. Hər zaman vurğulamışam, bir daha təkrarlayıram ki, əlilliyi olan uşaqları sıralarımıza cəlb etməkdə başlıca məqsəd onları cəmiyyətə qazandırmaqdır. İndi nə həmin uşaqlar on il əvvəlki uşaqlardır, nə də onların valideynləri. Bu hal təsdiqləyir ki, iş doğru istiqamətdə qurulub, səmərəlidir. 

Əlbəttə, Tokio-2020-dəki böyük uğurlar əlilliyi olan yeniyetmə və gəncləri ruhlandırmaya bilməzdi. Komitəyə hər gün müraciətlər daxil olur. Lakin biz oturub gözləmirik. Komitənin əməkdaşları da daim axtarışdadırlar.

- Bir az əvvəl vurğuladığınız kimi, Tokio oyunlarından sonra cüdo yarışlarının keçirilməsində çoxdan gözlənilən dəyişikliklə bağlı qərar qüvvəyə mindi. Nəzərə alsaq ki, cüdo ölkəmizin Paralimpiadalarda ən uğurlu olduğu növdür, maraqlıdır, sizcə, yeni yarış qaydaları Azərbaycan idmançılarının çıxışına hansı yöndən təsirini göstərəcək? 
- Öncə onu vurğulayım ki, bununla bağlı təşəbbüsü hamıdan öncə biz qaldırmışıq. Məşhur idmançımız İlham Zəkiyev və digər tam görmə məhdudiyyətli idmançıların daha ədalətli şərtlərlə mübarizə aparmasını istədiyimiz üçün. Odur ki, belə bir qərarın qəbul olunması hər şeydən öncə ədalət prinsiplərinə söykənir və bu, istənilən halda, xoş bir addımdır. Həmçinin daha öncə haqlarında bəhs etdiyim müharibədə görmə imkanını tamamilə itirmiş qazilərimiz yarışlara daha həvəslə, özlərinə inamla hazırlaşacaqlar. Yeni qaydaların digər cüdoçularımız üçün də elə bir çətinlik törədəcəyini düşünmürəm. Düzdür, idmançıların tibbi təsnifatında bir xeyli dəyişikliklər olunub. Bir çox xəstəliklər - miopiya, astiqmatizm, o cümlədən göz dibi xəstəliklərinin bəzi dərəcələri artıq paralimpiyaçı statusu daşımaq üçün yetərli sayılmır. Ancaq əminik ki, bizim idmançılarımızın karyeralarını davam etdirməsi üçün problem yaranmamalıdır. Apreldə Antalyada keçirilən Qran-Priyə göndərdiyimiz idmançıların tibbi təsnifatı ilə bağlı məsələ mediada yanlış təqdim olundu. Cüdoçularımız qeyd olunduğu kimi tibbi təsnifatdan kəsilməyiblər. Sadəcə, bəzisində təsnifat tam bitməyib, bəzisindən isə həkimlər tərəfindən əlavə sənədlər istənilib. Bu yarışa buraxılmamaları hər şeyin bitməsi demək deyil. Qarşıdakı iki ildə hələ bir neçə dəfə belə yoxlanışlar təşkil olunacaq. Biz inanırıq ki, növbəti yarışlarda tam heyətlə təmsil olunacağıq. Antalyaya ümumilikdə 150 idmançı gəlib, onlardan cəmi 90-ı bu yarışa buraxılmışdı.

- Digər idman növlərindəki təmsilçilərimizin də tibbi təsnifatla - kateqoriyaların müəyyənləşməsi ilə bağlı müəyyən problemlər yaşadığı, xoşagəlməz hallarla üzləşdiyi məlumdur. Məsələn, cüdodan sonra məhsuldar olduğumuz ikinci növ - atletikada bu kimi məqamlar elə idmançıların öz dilindən zaman-zaman mediada hallanır. Bu yaxınlarda isə paralimpiya çempionu, Azərbaycanın Tokio-2020-dəki bayraqdarı  Oloxan Musayev haqqı olan kateqoriyanın uzun müddət ona verilmədiyini bildirmişdi. Üstəlik, "gündoğar ölkə" paytaxtında digər ölkələrin nümayəndə heyətlərinin onun yarışdığı əlillik kateqoriyası ilə bağlı protest verdiyini, bu səbəbdən yarışa köklənə bilmədiyini dilə gətirmişdi...

- Oloxan Musayev Pekində rekord göstərici ilə çempion olduqdan sonra onu çox sıxışdırdılar. Hətta bir ara yer aldığı kateqoriya ləğv olundu. Sonradan bərpa olunsa da, bəli, idmançıların üzərində nəzarət güclü idi. Ümumiyyətlə, tibbi təsnifata məsul şəxslər həm də yarış vaxtı idmançıları izləyirlər, onların hər hərəkətinə diqqət edirlər. Bu da istər-istəməz mübarizə vaxtı psixoloji təzyiq yaradır. Oloxanın fiziki məhdudiyyəti fakt yer aldığı kateqoriyaya uyğundur. Nəticədə, son tibbi təsnifatda yenidən həmin kateqoriyanı - F55-i aldı. Mənim bildiyimə görə, bu, artıq ömürlük olacaq. Hesab edirəm ki, Oloxan Musayev beləliklə, daha rahat, arxayın yarışlara çıxıb, medallar qazanmağa davam edəcək. Hətta əminəm ki, o, Paris-2024-də yenidən paralimpiya çempionu olacaq. Bunun üçün onun böyük potensialı var.

- Həmçinin digər paralimpiya çempionumuz - Tokio-2020-də nüvəitələmə üzrə dünya rekordu vuraraq qızıl medal qazanan Elvin Astanovun kateqoriyası ilə bağlı yarış vaxtı mübahisəli məqam yaşanmışdı...

- Elvin Astanovun əlillik dərəcəsi nəinki F53, hətta daha ağır kateqoriyaya uyğundur. Düşünmürəm ki, qarşıda onunla bağlı hansısa problem yarana bilər. Mən hesab edirəm, Elvin Astanov da ən azı ikiqat paralimpiya çempionu olacaq. Həmçinin digər dünya rekordçumuz Həmid Heydəri Parisdə qızıl medal qazanacaq. Gördüyünüz kimi, Parislə bağlı ümidlərimiz çoxdur.

- Əvvəllər İran millisində çıxış etmiş Həmid Heydəridən söz düşmüşkən, qarşıda paralimpiya komandalarımızda milliləşdirmələr gözlənilirmi?
- Xeyr. Buna ehtiyac duymuruq. Həm Həmid artıq Azərbaycan vətəndaşıdır. Ona və üçqat paralimpiya çempionu Roman Saleyə Azərbaycan pasportu verilib. Roman hələ uşaqlıqdan bizim yanımızdadır, biz onu ümumiyyətlə, legioner hesab etməmişik.

- Ənənəvi olmayan növlərdə, məsələn, qış idman növlərində necə, bu, mümkündürmü?
- Xeyr. Düzdür, bizdə qış idman növləri yeni-yeni inkişaf etməyə başlayır. Bununla belə, kənardan idmançı gətirib onların hesabına uğur qazanmaq istəmirik. Hələlik Qış Paralimpiya Oyunlarına "əsas iştirakdır" prinsipi ilə qatılacağıq.

- Son olaraq noyabrda Bakıda keçiriləcək paracüdo üzrə dünya çempionatına hazırlıq və mundialdan gözləntilərlə bağlı danışmağınızı istərdim. Təxminən neçə ölkənin iştirakı nəzərdə tutulub, neçə medalın qazanılması mümkündür?
- Yarışla bağlı artıq təşkilat komitəsi yaradılıb. Kamal Məmmədov həmin komitəyə sədr təyin olunub. Komitədə Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının cüdo idman növündə Avropa üzrə koordinatoru Elmar Babanlı, Azərbaycan Cüdo Federasiyasının İdman direktoru Kamran Talıbov, federasiyanın yarışlarım təşkili üzrə meneceri Ağayar Axundzadə də yer alıb.

Bakıda bunadək iki Qran-Pri yarışı təşkil olunub. Hər iki halda da turnir təşkilatçılıq səviyyəsinə görə dünya çempionatlarını da üstələyib. Odur ki, bu yarışın da yüksək səviyyədə təşkil olunması heç bir şübhə doğurmamalıdır.  Dünya çempionatında qırx ölkədən 400-ə yaxın idmançının iştirakı gözlənilir.

Medallarımızın sayına gəldikdə, hər zamankı kimi komandamızdan ən yüksək nəticələri gözləyirik.

- İkiqat paralimpiya çempionu İlham Zəkiyevin bu yarışdakı şanslarını necə qiymətləndirirsiniz?
- Əminəm ki, İlham dünya çempionu olacaq.

Sahib Əsədbəyli 

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 May 2024
22:35

"Barselona" Levandovskiyə əvəzləyici tapdı

22:10

"Sabah" bəxt sayəsində qalib gəldi" - Elmar Baxşıyev 

21:40

Renduliçdən qələbə şərhi: "Hələ heç nə bitməyib"

20:58

MPL: "Zirə" "Turan Tovuz"a, Sabah" "Araz-Naxçıvan"a qalib gəldi 

20:15

İtaliyalı ulduz "Qalatasaray"a dönür

19:40

Almaniyada oynayan futbolçu Almaniyaya gedə bilməyəcək

19:30

"90 dəqiqə rəqibdən üstün oynadıq" - Ayxan Abbasov

18:54

Rəşad Sadıqov Tovuzdakı  qələbəni belə şərh etdi

17:40

Avropa Kuboku: Azərbaycan millisi növbəti medalı qazandı

17:00

"Karyeramla bağlı müəyyən planlarım var" - Qazaxıstan klubundan ayrılan milli üzvü

16:20

İngiltərə nəhəngi türkiyəli ulduzla anlaşdı - SON DURUM 

15:47

"Borussiya Dortmund"un məşqçisi "Beşiktaş"da - Danışıqlar başladı

15:16

“Bakı Marafonu-2024”ün qalibləri bəlli oldu

14:38

"Bunu demək üçün mütəxəssis olmaq lazım deyil" - Aslan Kərimov

13:59

Qvardiola 5:1-i və Holandın pokerini dəyərləndirdi

13:23

Bakıda keçirilən turnirə yekun vurulur

12:52

Tyaqo Silva yeni klubu ilə razılığa gəldi - Detallar 

12:00

"Öz oyunumu necə qiymətləndirə bilərəm? Çox pis” - Rza Cəfərov

11:40

"Qarabağ"da yeni müqavilə - RƏSMİ

11:00

Günün oyunları bu kanallarda - AFİŞA 

10:38

“Bakı Marafonu 2024” marafonu start götürdü

10:00

Messi şou göstərdi - Argentinalı karyerasında ilk dəfə bunu reallaşdırdı

09:26

Avropa Kuboku: Cüdoçularımızdan ilk gündə 10 medal

01:40

"Real" 36-cı çempionluğunu rəsmiləşdirdi

01:25

“Monako”dan darmadağın

01:10

"Sassuolo" yenə "İnter"ə qənim oldu

00:51

"Bayern"dən növbəti məğlubiyyət

00:12

İPL: "Arsenal" da darmadağınla qazandı, "Mançester Siti" də

04 May 2024
23:50

Şahruddinin komandası səfərdə sevindi

23:00

"Komandamı ən az "Neftçi"yə qarşı motivasiya edirəm" - Qurbanovdan 5:0 şərhi

22:46

“Qarabağ” müdafiəçisi ilə yeni müqavilə bağladı

22:40

"Azarkeşlərdən üzr istəyirəm" - Miodraq Bojoviç

21:21

MPL: Tovuzda qalib olmadı, "Qarabağ" "Neftçi"ni darmadağın etdi

21:00

Daha bir komanda Premyer Liqaya yüksəldi - 22 il sonra

19:22

"Stressin səbəbi "Sumqayıt"ın texniki zonasından gələn sözlər, jestlər idi"

18:46

"Müdafiəçilərimiz ən zəif oyunlarından birini keçirdilər" - Samir Abasov

18:40

"Bayern" "Barselona"nın ulduzu ilə güclənir - SON DURUM 

17:56

Voleybol: Azərbaycan birinciliyinin qalibi müəyyənləşdi

17:32

Kurtua bu mövsüm ilk dəfə meydana çıxır

17:10

Piolinin yeni klubu bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X