17:00 10.09.2024 646

Parisdə "5 alan" əfsanə

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Azərbaycanı Parisdə keçirilən Paralimpiya Oyunlarında təmsil edən cüdoçularımızdan yalnız biri medal qazana bildi. Belə ki, yalnız İlham Zəkiyev bürünc medala sahib çıxaraq fəxri kürsüyə qalxdı. Bəlkə budəfəki "bürünc" kimlərisə qane etmədi. Axı söhbət ikiqat paralimpiya, ikiqat dünya və doqquzqat Avropa çempionu olan idmançıdan (J1, +90 kq) gedir. Gəlin razılaşaq ki, əfsanəvi idmançı indiyə qədər əldə etdiyi uğurlarla bizi yüksək nailiyyətlərinə alışdırıb... 

Parisdə qazandığı medal 44 yaşlı İlhamın 5-ci paralimpiya qəniməti oldu. Başqa sözlə, 6 dəfə yarışa qatılan İlham Zəkiyev bunun beşində fəxri kürsüdə yer alıb. O, bundan əvvəl Paralimpiya Oyunlarında 2 qızıl və 2 bürünc medal qazanıb. Zəkiyev Afina-2004 və Pekin-2008 Paralimpiadalarında qızıl, London-2012 və Tokio-2020-də isə bürünc medala sahib çıxıb. Yalnız Rio-2016-dan əliboş dönüb ki, həmin yarışda 5-ci yerlə kifayətlənib.
Yeri gəlmişkən, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XVII Yay Paralimpiya Oyunlarının açılış mərasimində Azərbaycan bayrağını məhz yığmanın kapitanı İlham Zəkiyev daşıyıb. 

Parisdəki son görüşünün ardından verdiyi açıqlama əfsanəyə yaraşan şəkildə oldu. Özü də bildirdi ki, yarışa yaxşı hazırlaşa bilməmişdi: "Altıncı Paralimpiya Oyunlarımdır. Bir az hazırlığımdan razı deyildim. Zədələr ucbatından hazırlığım istədiyim səviyyədə keçməmişdi. Bununla belə, bürünc medal qismət oldu. Paralimpiadada istənilən medal qələbə deməkdir. Çox sevinirəm, bu medalda çox insanın əziyyəti, zəhməti var – məşqçilər, məşq yoldaşları, ailə, komitə, federasiya. Hamısına təşəkkürümü bildirirəm. Çox şükür Allaha, bu qələbəni bizə yaşatdı. Yaşasın Azərbaycan! Bu qələbəmi Azərbaycan xalqına həsr edirəm. Nəhayət, biz sərhədləri tam bərpa olunmuş Azərbaycanın adından çıxış edirik. Çalışacağıq ki, üçrəngli bayrağımızı həmişə zirvələrdə saxlayaq".



Əslində, İlham Zəkiyev budəfəki yarışdan əliboş dönsəydi belə, bu, ona münasibəti dəyişməyəcəkdi. Yəqin o biri iştirakçılarımız inciməz, İlhamın yeri başqadır. Axı o, həm də qazimizdir. Qarabağ qazisi. Gözünün nurunu hələ 25 il əvvəl torpaqlarımızın işğaldan azad olunması uğrunda qurban verən İlhamın vətən sevgisinə onun əzmini, mübarizliyini, idmançı ruhunu əlavə etdikdə ortaya ƏFSANƏnin portreti çıxır.   

İlham Zəkiyev 3 mart 1980-ci ildə Sumqayıt şəhərində anadan olub. Ailədə 5 uşaq olublar - 4 qardaş, 1 bacı. Sumqayıt şəhərinin 5 saylı orta məktəbində təhsil alıb. Ailəsində də idmançı olub. İlhamın özündən üç yaş böyük qardaşı Fikrət Zəkiyev güləş ilə məşğul olub. Onun sayəsində İlhamın da idmana həvəsi yaranıb. 15 yaşından Azərbaycanın əməkdar məşqçisi Əhməddin Rəcəblinin başçılığı altında, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda cüdo ilə məşğul olmağa başlayıb. İlham çox qısa bir müddət ərzində uğurlara imza atıb, Sumqayıt şəhərində keçirilən yarışda qalib gəlib, gənclər arasında keçirilən cüdo üzrə Azərbaycan birinciliyində qaliblər arasında yer tutub və sambo üzrə yeniyetmələr arasında Respublika çempionu olub.


 
1998-ci ilin yayında Azərbaycan kubokunda hamıdan güclü olub. Həmin qələbə ona yeniyetmələrin Moskvada keçiriləcək olimpiadasına vəsiqə qazandırıb. Lakin Rusiyanın paytaxtına getmək ona müyəssər olmayıb. Bir ay sonra həqiqi hərbi xidmətə yollanıb. Xidmətini Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində yerinə yetirib. Cüssəli və idmanla məşğul olmasına görə o, kəşfiyyatçı bölüyünə göndərilib. Bir çox təhlükəli döyüş tapşırıqlarının öhdəsindən bacarıqla gələn əsgər Zəkiyev 7 ay orduda nümunəvi xidməti ilə diqqət çəkib, fəxri fərmanlar alıb. Amma 1999-cu ilin fevral ayında növbəti dəfə döyüş tapşırığını yerinə yetirərkən erməni snayperinin açdığı atəş nəticəsində ağır yaralanıb. Güllə onun başına dəyib, sol gicgahından girərək sağ tərəfdən çıxıb. İlham aldığı yaradan komaya düşüb. Gözlərini açanda isə heç nə görməyib, o, görmə qabiliyyətini itirib. Həm də həmişəlik. Beləliklə, ordudan tam görmə məhdudiyyətli I qrup əlili kimi tərxis olunub. 



İki dəfə ölkə xaricinə müalicə məqsədilə göndərilsə də, nəticəsi olmayıb. 2002-ci ildə Moskvaya, 2024-də (İlham o vaxt artıq Afina Paralimiadasında qızıl medal qazanmışdı) Heydər Əliyev Fondu tərəfindən İsrailə gpndərilib, ancaq həkimlər tibbin bu tip əməliyyatı icra etməyə aciz olduğunu bildiriblər...     
 
Həyat yolu ilə gənclərə nümunə olan İlham təslim olmayıb, 2002-ci il noyabr ayının 1-dən yenidən məşqlərə başlayıb. 2003-cü ilin avqust ayında isə Kanadanın Kvebek şəhərində keçirilən Görmə Əlilliyi olan İnsanların ikinci Dünya Çempionatında artıq ilk dəfə beynəlxalq tatamiyə çıxıb. Bürünc medala sahib olaraq 2004-cü ildə Afinada keçiriləcək Paralimpiya Oyunlarına vəsiqə qazanıb. Beləliklə, onun zəfər yürüşü başlayıb. Azərbaycanda paralimpiya hərəkatının ən önəmli ilkləri məhz Zəkiyevin adı ilə bağlıdır...

İlhamın Afina-2024-də ilk qarşılaşdığı idmançı, Kanadadakı yarışmada məğlub olduğu kubalı dünya çempionu olub. İdmançımız bu dəfə bir dəqiqə qırx saniyə çəkən döyüşdə rəqibini üstələyərək yarımfinala adlayıb. Növbəti görüşdə İspaniyadan olan idmançını otuz yeddi saniyə ərzində məğlub edib. Finalda isə Böyük Britaniyadan olan rəqibinə ippon fəndi ilə bir dəqiqə iki saniyə müddətində qalib gələrək qalib olub. Beləliklə, 24 yaşlı Zəkiyev tarixə ilk paralimpiya çempionumuz kimi düşüb.


 
2008-ci ildə ikinci Paralimpiya Oyunlarında titulunu qoruyub. O, Çinin paytaxtı Pekində yarış zamanı fransalı idmançı Jülyen Turini beş saniyəyə məğlub etməklə diqqət çəkib. Yarımfinalda koreyalı, finalda isə yerli idmançı Vanq Sonqa qalib gələn İlham fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 



Rio-2016-dan sonrakı paralimpiadalarda bir qayda olaraq bürünc mükafat alan İlham Zəkiyevin dünya və Avropa çempionatlarındakı titulları saymaqla bitmir. 21 il ərzində 2 dəfə dünya, 9 dəfə Avropa çempionu olan idmançımız indiyə qədər müxtəlif turnirlərdə 30 medal qazanıb.    

Paralimpiya Oyunları

Qızıl        Afina 2004    100+ kq
Qızıl        Pekin 2008    100+ kq
Bürünc    London 2012    100+ kq
Bürünc    Tokio 2020    100+ kq
Bürünc    Paris 2024    100+ kq

Dünya Çempionatı

Bürünc    Bromma 2006        komanda
Qızıl        Antalya 2010        100+ kq
Bürünc    Odivelash 2018    100+ kq
Bürünc    Odivelash 2018    komanda
Gümüş    Bakı 2022            90+ kq
Qızıl        Bakı 2022           komanda

Dünya Oyunları

Bürünc    Kvebek 2003    
Qızıl        San Paulo 2007    100+ kq
Gümüş    Antalya 2011    100+ kq
Gümüş    Birmingem 2023    90+ kq

Avropa Oyunları

Qızıl        Bakı 2015    90+ kq

Avropa çempionatı

Qızıl        Vlaardingen 2005    100+ kq
Qızıl        Bakı 2007    100+ kq
Qızıl        Debretsen 2009    100+ kq
Qızıl        Krouli 2011    100+ kq
Qızıl        Eger 2013    100+ kq
Qızıl        Odivelaş 2015    100+ kq
Qızıl        Uolsoll 2017    100+ kq
Gümüş    Genuya 2019    100+ kq
Qızıl        Genuya 2019    komanda
Qızıl        Kalyari 2022    90+ kq
Gümüş    Rotterdam 2023 90+ kq

Dünya Kuboku

Qızıl        Eger 2015    100+ kq
Bürünc    Antalya 2018    100+ kq

İslam Həmrəyliyi Oyunları

Bürünc    Bakı 2017    100+ kq

Bu qədər uğurdan sonra belə, İlham dayanmaq istəmir. “Tataminin kralı”nın nailiyyətləri dövlətin də nəzərindən yayınmır. Ölkə başçısı İlham Əliyev tərəfindən Azərbaycan idmanındakı uğurlarına görə İlham Zəkiyev 2008-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib, 2009-cu ildə isə "Əməkdar İdman Ustası" fəxri adı alıb, 2012-ci ildə “Tərəqqi” medalına layiq görülüb. 2012-ci il may ayının 10-da Heydər Əliyev Mərkəzinin açılışı zamanı Heydər Əliyev Fondunun təsis etdiyi “Qızıl çinar” beynəlxalq mükafatına layiq görülüb.



2016-cı ildə İlham Zəkiyev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Qeyd edək ki, çıxışlarının birində özünü "Paralimpiyaçıların dostu" adlandıran ölkə başçısı adaşına xüsusi rəğbət bəsləyir. Görünür, bu, Zəkiyevin məhz Qarabağ qazisi olması ilə bağlıdır. İlham Əliyevin İlham Zəkiyevlə Bakı-2015 Avropa oyunları zamanı görüşlərini yada salmaq yerinə düşər. İdmançı həmin görüşdən sonra bu barədə belə demişdi: "Mənə xəbər veriləndə ki, Avropa Oyunlarında güləşəcəm, bu məsuliyyəti dərk etdim. Uzun müddətdir paralimpiya yığma komandasına hazırlaşırdım. Müəyyən xırda zədələr olsa da, Allaha şükür ki, bu,  ölkəmizi layiqincə təmsil etməyimə mane olmadı. Bütün Azərbaycan məndən bu qızılı gözləyirdi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən mənə iki missiya tapşırılmışdı. Birincisi, açılış mərasimində məşəli alovlandırmaq və yarışda Azərbaycanı təmsil etmək. Mən Atəşgahda məşəli yandıranda cənab prezidentə dedim ki, ayın 26-sı güləşəcəyəm. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranması günüdür. Söz vermişdim ki, Ali Baş Komandanımıza medal hədiyyə edim. Bunun öhdəsindən gəldim. Bu medalı cənab Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevə və bütün xalqımıza həsr edirəm. Fəxri kürsüdə İlham Əliyevə dedim ki, cənab Prezident, əsgər Zəkiyev sizin verdiyiniz döyüş tapşırığını yerinə yetirdi. Söz vermişdim ki, bu medalı ona Silahlı Qüvvələrn yaranması günü hədiyyə edəcəyəm. Çox şükür ki, etdim! "Bir də ki, oğlum Həmzənin iki yaşı tamam olur. Atası tərəfindən bu medal ona ən böyük hədiyyədir.
Gözlərimin nurunu döyüş tapşırığını yerinə yetirərkən itirmişəm. Hər yerdə məndən soruşanda ki, yaranı harda almısan, fəxrlə deyirəm ki, Azərbaycan torpaqlarının müdafiəsi uğrunda düşmən gülləsinə tuş gəlmişəm və görmə qabiliyyətimi itirmişəm".
İlham Zəkiyev 2016-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasından məzun olaraq, bədən tərbiyəsi və idman ixtisası üzrə bakalavr ali peşə-ixtisas dərəcəsinə yiyələnib. 
O, 2005-ci ildə ailə həyatı qurub. Üç övladı var: iki oğul, bir qız. 2011-ci ildə rejissor Məhsim Məhsimov tərəfindən İlham Zəkiyevin həyatından bəhs edən qısametrajlı “İşıqlı Zülmət” filmi çəkilib. 

Son olaraq vurğulayaq ki, İlham Zəkiyev adı Beynəlxalq Cüdo Federasiyası tərəfindən dünya cüdosunun şərəf zalına daxil edilən yeganə paralimpiyaçıdır. İnanırıq ki, o, hələ neçə-neçə zirvələri fəth edəcək, ən əsası, Azərbaycan idmanı və idmançılarına nümunə olmağa davam edəcək. 

Mirağa Mirzəyev

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 May 2025
20:04

MPL: "Sabah" - "Şamaxı" oyununda bərabərlik - YENİLƏNİR

19:45

Birinci Liqa: "Mingəçevir" "İmişli"dən xal aldı, "Karvan" darmadağına məruz qaldı

19:14

Xavi Ançelottinin tənqid olunmasına belə münasibət bildirdi

18:53

Çempionlar Liqasının qalibi vəfat etdi

18:22

"İndi sevinə bilərik" - İsko finala çıxmaqlarını şərh etdi

17:50

"Bayer Leverkuzen"də Alonso dönəmi başa çatdı -RƏSMİ

17:30

Əvəzedicilər Liqası: 34-cü turun təyinatları açıqlandı

17:12

"Neftçi" "Turan Tovuz"la matça 7 itki ilə çıxacaq

16:55

"Trentin gedişinə görə məyusam" - Arne Slot

16:37

Rəşad Sadıqov 6 futbolçusunu autsayderə qarşı oynada bilməyəcək

16:19

"Finalda qalib gəlmək üçün..." - MY-nin mərkəz müdafiəçisi

16:01

Alonso "Bayer"i "Real"a dəyişəcəyini təsdiqlədi

15:43

"O, indiyədək gördüyüm ən yaxşı lider, ən yaxşı müdafiəçidir" - Devid Bekhem

15:24

"İlk qolun bizi həyəcanlandırmadığını desəm, yalan olar" - Rasmus Höylund

15:06

İngiltərədə mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi

14:47

"Mən artıq finala görə həyəcanlıyam" - Ruben Amorim

14:28

"Son 10 dəqiqə bizim üçün çox pis keçdi" - "Atletik"in baş məşqçisi

14:10

"Bunun üçün mənə çox güclü bir təlim-məşq toplanışı lazımdır" - 2-ci Liqanın bombardiri Cavid İmamverdiyev

13:42

Azərbaycan Velosiped Federasiyasının yeni İcraiyyə Komitəsinin ilk iclası keçirildi

13:24

İkinci Liqa: Turun bütün oyunları eyni vaxtda başlayacaq

13:05

Azərbaycan millisi iki ölkədə təlim-məşq toplanışı keçirəcək

12:46

Alonso "Real"la razılığa gəldi - Şərtlər də bilindi, müqavilə müddəti də

12:27

Hələ "Çelsi" tarixində Uolş kimisi olmamışdı

12:09

De Bröyne "Mançester Siti"ni digər İngiltərə nəhənginə dəyişir - SON DURUM

11:51

Pelleqrini "Fiorentina" ilə heç-heçəni qələbə sayır

11:30

Cüdoçularımız "Böyük Dəbilqə"ni medalsız başa vurdular

11:09

Türkiyədə 2025/2026 mövsümünün "transfer pəncərəsi"nin vaxtı açıqlandı

10:43

İngiltərə Çempionlar Liqasında 6 komanda ilə təmsil olunacaq

10:22

"Betis" bunu ilk dəfə bacardı, İspaniyanı Almaniyaya çatdırdı

10:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:40

Bekhemin karyerasında ən yaxşı kapitan kim olub? - Özü açıqladı

09:19

Arif Əsədov Özbəkistanda Mircəlal Qasımovla görüşdü - FOTOLAR

01:44

KL: "Çelsi" finalda "Betis"lə qarşılaşacaq

00:56

UEFA Avropa Liqası: Finalda İngiltərə komandaları qarşılaşacaqlar

08 May 2025
23:42

Azərbaycan güləşçiləri Antalyada 6 medalla 2-ci oldular

23:20

"Liverpul" onu Trentin yerinə gətirməyə yaxın olsa da...

22:50

Konte liderliyə yüksəltdiyi "Napol"ini bu kluba dəyişə bilər - SƏBƏB

22:13

Hələ ÇL-də Dembele kimisi olmamışdı - Tarixi rekord

21:48

Yüksək Liqa: "Araz-Naxçıvan" autsayderə rəhm etmədi

21:15

ÇL-də həftənin rəmzi komandası bilindi - "Arsenal"dan heç kim yoxdur

Facebookdan bizi izləməyi unutmayın.
X