Futbol üzrə Qazaxıstan yığmasının baş məşqçisi Məhəmməd Adıyev UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyun barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, bu gün Belarusa 2:1 hesabı ilə qalib gələn qazaxların rusiyalı çalışdırıcısı matçdan sonra baş tutan mətbuat konfransında belə danışıb:
“Belə emosional matçın ardından heyətə əl gəzdirmək lazımdır. Başqa çarə yoxdur, çünki oynayan futbolçular yorulacaqlar. Amma qrupdakı son oyunda eksperiment aparmayacağıq”.
Sentyabrın 25-də "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Qazaxıstan oyununa saat 20:00-da başlayacaq.