Slovakiya millisinin baş məşqçisi Françesko Kaltsona evdə Azərbaycana 1:2 hesabı ilə uduzduqları matçdan - UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunun oyunundan sonra ənənəvi mətbuat konfransına qatılıb.
Fanat.Az xəbər verir ki, o, belə danışıb:
"Evdə məğlub olmaq böyük biabırçılıqdır. İlk hissədə rəqibdən çəkinirdik. Qonaqlar isə əvəzində topla daha yaxşı davranırdılar.
Fasilədən sonra oyunumuzu yaxşılaşdırdıq. Daha çox qol şansımız oldu. Təəssüf ki, imkanlarımızı dəyərləndirə bilmədik. Hərçənd ikinci hissədə sərgildiyimiz gələcəyə nikbin baxmağa ümid verir.
Bu gün öyrəndik ki, oyun 95 dəqiqədən artıq davam edə bilər. Futbolçuları hələ yeni-yeni tanıyıram".