Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasının 2022/23 mövsümündə son matçına çıxıb.
Fanat.Az xəbər verir ki, C liqasının 3-cü qrupunda mübarizə aparan yığmamız Qazaxıstanı qəbul edib.
Bu görüşdə qələbə son iki matçında zəfərə sevinən millimizə qələbə qrup ikinciliyini qorumaq baxımından vacib idi. Təmsilçimiz ilk yarıdan azlıqda qalan rəqibini 3 cavabsız qolla yenərək istəyinə çatıb.
Qrupun digər oyununda Slovakiya öz meydanında Belarusla bərabərliyə razılaşıb - 1:1.
Millətlər Liqası, VI tur
C liqası, 3-cü qrup
25 sentyabr
Azərbaycan – Qazaxıstan 3:0
Qollar: Aleksandr Maroçkin, 67-öz qapısına. Filip Ozobiç, 74. Anatoli Nuriyev, 90.
Qırmızı vərəqə: Nurali Alip, 35 (Qazaxıstan)
Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 6. Höccət Haqverdi, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 11. Ramil Şeydayev, 14. Eddi İsrafilov, 15. Bədavi Hüseynov, 19. Filip Ozobiç, 21. Ozan Can Kökçü.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Səlahət Ağayev, 2. Rüstəm Əhmədzadə, 5. Cəlal Hüseynov, 7. Anatoli Nuriyev, 10. Mahir Emreli, 13. Abbas Hüseynov, 16. Elvin Camalov, 17. Toral Bayramov, 18. Anton Krivotsyuk, 20. Musa Qurbanlı, 22. Aleksey İsayev.
Baş məşqçi: Canni De Byazi.
Qazaxıstan: 12. İqor Şatski, 3. Nuralı Alip, 5. İslambek Kuat (k), 6. Abılayxan Jumabek, 7. Aslan Darabayev, 10. Elxan Astanov, 13. Bağdat Kairov, 18. Timur Dosmaqambetov, 20. Ramazan Orazov, 21. Marat Bıstrov, 22. Aleksandr Maroçkin.
Ehtiyat oyunçular: 1. Bekxan Şaizada, 15. Muxammejan Seysen, 2. Sergey Malıy, 4. Temirlan Yerlanov, 8. Artur Şuşenaçev, 9. Roman Murtuzayev, 11. Yan Voroqovski, 14. Samat Jarinbetov, 16. Mixail Qabışev, 17. Abat Aimbetov, 19. Talqat Kussyapov, 23. Adilet Sadibekov.
Baş məşqçi: Məhəmməd Adıyev.
Baş hakim: Harm Osmers
Bakı. “Dalğa Arena”
Xal durumu: Qazaxıstan – 13. Azərbaycan, 10. Slovakiya – 7. Belarus – 3.