Almaniyanın “Ersgebirge” komandası yoxlama oyununda qüvvəsini sınayıb.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi Aue təmsilçisi Almaniyanın digər klubu “Halleşer”lə qarşılaşıb.
Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.
Nazarov meydana start "11-lik"də çıxıb və fasilədə əvəzlənib.