13:43 28.03.2023 857

Aslan Kərimov millimizin oyunları haqda: \"Danışmağın mənası yoxdur\"

Futbol üzrə Azərbaycan millisi AÇ-2024-ün seçmə mərhələsində növbəti oyunlarını keçirtdi. Martın 24-də Avstriya yığmasına 1:4 hesabı ilə uduzan seçməmiz ötən gün İsveçin qonağı oldu. Bu görüşdə də millimiz ağır yenilgi ilə üzləşdi - 0:5. 

Millimizin sabiq üzvü, veteran futbolçu Aslan Kərimov Fanat.Az-a açıqlamasında yığmamızın oyunlarını şərh etdi:

"Hər kəs məğlubiyyətin səbəbini axtarır. Ancaq bunun mənası yoxdur. Əvvəlcədən də bilirdik ki, hər 3 rəqibimiz həddindən artıq güclüdür. Ustalıq səviyyəsi baxımından bizdən daha üstündürlər. Qalib gəlməyimiz çətin idi. Sadəcə daha az qol buraxa bilərdik.  Ümumi səbəblərdən danışmaq istəmirəm. Sadəcə subyektiv fikrimi deyə bilərəm ki, meydanın mərkəzində Qara Qarayevi oynatmaq olardı. Eddi İsrafilovun hazırki vəziyyətindənsə, Qaranın oynaması daha məqsədəuyğun idi. Eddi ya xəstə idi, ya zədədən sonra idi deyə nəsə pis görsənirdi. Tempi çox aşağı idi. İlk oyundakı səhvlərindən bir çoxu Eddi üzərindən gəlirdi. Onun mövqeyində çox boşluq yaranmışdı.

Cinahlarda və ya mərkəz müdafiədə Maksim Medvedevi oynatmaq mümkün idi. Amma yenə deyirəm, bu, mənim subyektiv fikrimdir. Məşqçilərə heyətə çağırdığı futbolçulara görə irad tutmaq düzgün deyil. Sadəcə mənə görə bu oyunçuların bu oyunlara dəvət alması vacib idi.

Əslində hər iki oyunda 20 dəqiqəlik yaxşı oyun göstərdiyimiz anlar oldu. Amma ümumulikdə, rəqib təzyiqi çoxaldanda istər-istəməz bizdə çətinlik yaranırdı. Avstriya ilə oyuna ilk başlayanda meydanda görsənmirdik. İsveç millisi də istisna deyil. Rəqib təzyiqi artıran kimi bizdə bir çox şeylər alınmırdı.

3 gündən bir oynamaq bizim uşaqlar üçün çətinlik yaradır. Düzdür, bunu bəhanə gətirmək istəmirəm. Amma istər-istəməz birinci oyundakı məğlubiyyətdən sonra özlərinə gələ bilmədilər. Psixoloji olaraq basqı altında qaldılar. Bunun da təsiri vardı. Bu qədər... Məncə, artıq nəsə danışmağın mənası yoxdur. Açıq-aşkar görsəndi ki, qrupda rəqiblərimizdən daha zəifik. Sadəcə daha az qolla məğlub ola bilərdik. Evdəki oyunlarımızda bəlkə də kimisə cəzalandıracağıq, bərabərə qalacağıq. Bu da mümkündür.  Amma ümumilikdə qrupda rəqiblərdən ustalıq səviyyəsi baxımından aşağıdayıq".

Röya Kərimli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

Facebookdan bizi izləməyi unutmayın.
X