Estoniya millisinin iki futbolçusu AÇ-2024-ün seçmə mərhələsində bu gün Azərbaycan yığmasına qarşı oynamayacaq.
Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir, hər iki oyunçu yekun “23-lük”dən kənarda qalıb.
Bunlar mərkəz müdafiəçisi Conas Tamm və sağ cinah oyunçusu Edqar Turdur.
Qeyd edək ki, bu gün "Dalğa Arena"da keçiriləcək oyun saat 20:00-da başlayacaq.
Nihat